Accessibility links

Ankarada partlayışla bağlı istintaqın nəticələrinin açıqlanacağı gözlənilir


Türkiyə rəsmilərinin bazar günü ölkənin paytaxtı Ankarada 37 nəfərin ölümü ilə nəticələnən bomba hücumu ilə bağlı apardıqları istintaqın nəticələrini açıqlayacağı gözlənilir.

Bizim məmləkətimizin sülhü, demokratiyamızın davamlılığı və ölkəmizin birlik və bütövlüyü naminə terrora qarşı apardığımız mübarizə dayanmayacaq. Biz bu mübarizəni qətiyyətlə davam etdirəcəyik.

Partlayış xarici səfirliklər, nəqliyyat mərkəzi və mağazaların yerləşdiyi Kızılay meydanında baş verib.

Rəsmilər maşına yerləşdirilmiş partlayıcı qurğunun avtobus dayanacağında olan insanları hədəf aldığını deyir. Hadisə nəticəsində 125 nəfər xəsarət alıb.

Son aylarda Ankarada daha bir neçə dəfə bomba hücumları baş verib. Buraya fevral ayında 29 nəfərin ölümünə səbəb olan partlayış da daxildir. Türkiyə höküməti həmin hücumun kürd yaraqlı qrupu ilə əlaqəsi olan suriyalı şəxs tərəfindən həyata keçirildiyini bildirmişdi.

“Bizim məmləkətimizin sülhü, demokratiyamızın davamlılığı və ölkəmizin birlik və bütövlüyü naminə terrora qarşı apardığımız mübarizə dayanmayacaq. Biz bu mübarizəni qətiyyətlə davam etdirəcəyik,” deyə Türkiyənin Daxili İşlər naziri Efkan Ala bildirib.

Türkiyə ölkənin cənub-şərqində 30 ildir muxtariyyət uğrunda müharibə aparan fəaliyyəti qadağan olunmuş PKK-ya qarşı mübarizə aparır.

Bazar günü baş verən hücumdan iki gün öncə ABŞ səfirliyi Ankaranın mərkəzində terror hücumu il bağlı xəbərdarlıq edib.

Hadisədən dərhal sonra isə Birləşmiş Ştatlar hücumu qınayıb və ortaq terror təhlükəsinə qarşı NATO müttəfiqi olan Türkiyə ilə güclü tərəfdaşlığı davam etdirdiyini bir daha bəyan edib.

XS
SM
MD
LG