Accessibility links

Ankarada iki güclü partlayış olub [Yenilənib]


Rəsmilərin terror hücumu adlandırdığı partlayışlar ən azı 86 adamın həyatına son qoyub

Bu gün Türkiyədə kürdlərin dinc nümayişindən bir neçə saat əvvəl paytaxt Ankaranın əsas dəmir yolu dayanacağında baş verən iki güclü partlayış nəticəsində ən azı 86 nəfər həlak olub, 186 insan yaralanıb.

Partlayışlar paytaxtın Ulus rayonunun dəmir yol dayanacağının əsas çıxış qapısında baş verib. Ölənlətin çoxunun işçi və vətəndaş cəmiyyəti qrupları tərəfindən təşkilat olunan nümayişə qatılmağa çalışan adamlar olduğu ehtimal edilir.

Təhlükəsizlik rəsmiləri deyir ki, partlayışların intiharçı tərəfindən həyata keçirildiyi hələlik bəlli deyil. Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, Türkiyə baş naziri Əməd Davutoğlu hadisə barədə daxili işlər və səhiyyə nazirləri tərəfindən məlumatlandırılıb. O, bu gün təhlükəsizlik idarəsinin rəisi ilə görüşməyi planlaşdırır.

Terror hücumu

Türkiyə rəsmiləri hadisənin terror hücumu olduğunu bildirib.

Hücumun hədəfinin PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyası ilə zorakılıqlara son qoyulmasına çağıran nümayiş olduğu ehtimal edilir. Kürdpərəst Xald Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Demirtaş jurnalistlərə açıqlamasında bildirib ki, ölənlərin sayı xeyli arta bilər. O, bu hücumu bu ilin əvvəli kürtlərin yaşadığı Diyarbəkir və Suruç şəhərlərindəki bomba hücumu ilə müqayisə edib.

XS
SM
MD
LG