Accessibility links

Rusiya Suriyaya silah satışını dayandırır


Des obus de mortier non gardés à Tripoli
Des obus de mortier non gardés à Tripoli
Rusiyanın müdafiə rəsmiləri vəziyyət sakitləşənədək Suriyaya silah satışının dayandırılacağını bəyan edib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriya hökuməti və müxalifəti müzakirələrə məcbur edilməlidir. Prezidentin cağırışı Rusiyanın xarici işlər nazirinin Suriyanın müxalifət nümayəndəsi ilə Moskva görüşündən sonra səslənib.

Bu arada, Kofi Annan Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşünü konstruktiv və səmimi adlandırıb. Dəməşqdə müxbirlərlə söhbəti zamanı o deyib ki, danışıqlar hökumət və müxalifət qüvvələrinin zorakılıqlarına son qoyulması üzərində mərkəzləşib.

Kofi Annan artıq aylardır ki, Suriyada sülhə nail olunmasına çalışır. Lakin onun səyləri indiyədək heç bir nəticə verməyib.

Dünən Almaniya televiziyasına müsahibəsi zamanı Əsəd ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri terroristlərə dəstək verməkdə günahlandırıb.

BMT isə Suriya qüvvələri və ya Əsəd hökumətinin terrorist adlandırdığı döyüşçülərin zorakılqıların məsuliyyətini daşıyıb-daşımamasına dair müstəqil təhqiqat aparılmasını istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG