Accessibility links

Toğrul Məmmədov: ANS televiziyası və radiosu fəaliyyətini bərpa edə bilməz


ANS televizyası və radiosu fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) iddiasını təmin edib. Bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov Amerikanın Səsinə bildirib.

MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz.

Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib.

Yerli media ANS-in bağlanmasına səbəb kimi Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hadisələri işıqlandırmasını və Ankaranın bu cəhdin təşkilində ittiham etdiyi Fətullah Gülənlə müsahibə hazırlamasını göstərir. Amma ANS-in efirində Fətullah Gülənlə müsahibə göstərilməyib.

Məhkəmədə MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başlar, əlləri göstərib, bu da MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.

ANS-in qapadılmasına səbəb kimi Türkiyədə çevriliş cəhdinə ittiham olunan Fətullah Gülənlə müsahibənin anonsu göstərilir.

ANS-in qapadılmasına səbəb kimi Türkiyədə çevriliş cəhdinə ittiham olunan Fətullah Gülənlə müsahibənin anonsu göstərilir.

ANS-in nümayəndəsi isə deyib ki, həmin gün ANS Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə iddiaçı kadrları təqdim edə bilər. Amma bunu sübut edən kadrlar məhkəmədə nümayiş etdirilməyib.

Məhkəmə MTRŞ-in iddiasını təmin edib.

ANS-ÇM radisounun fəaliyyətinə gəlincə, “MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz,” Toğrul Məmmədov qeyd edib.

ANS Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG