Accessibility links

ANS Zoologiya İnstitutunun binasından çıxarılır


ANS şirkəti
ANS şirkəti

ANS Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunun binasından çıxarılır.

Zoologiya İnstitunun direktoru Elman Yusifov Amerikanın Səsinə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb.

“Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələrin artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq”, o qeyd edib.

ANS
ANS

Milli Televiziya və Radio Şurası (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən dayandırılması barədə qərar qəbul edib.

MTRŞ bu qərarı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib.

MTRŞ həmçinin ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Bütün bunlar bu il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı ABŞ-da yaşayan Fətullah Gülənin mətbuat konfransında iştirakından sonra baş verib.

MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başlar, əlləri göstərib, bu da MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.

"Bizi Fətullah Gülənlə əlaqədə günahlandırmağın əsası yoxdur. ANS Azərbaycan qanunvericiliyinin bütün imkanlarından istifadə edərək hüquqlarının bərpası uğrunda mübarizəsini davam etdirəcək", ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev MTRŞ-a belə cavab verib.

O, ANS-in Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini istisna etməyib.

ANS-in prezidenti Vahid Mustafayev bildirib ki, Fətullah Gülənin mətbuat konfransında 15 müxtəlif ölkənin müxbirləri ilə birgə İHLAS Ajansı, CNN Türk kanalının reportyorları ilə yanaşı ANS-in jurnalisti də iştirak edib. “Mətbuat konfransından video görüntülər iyulun 18-də ANS-ə daxil olub. Lakin ANS bu reportajın efirə verilməməsi barədə qərar qəbul edib və reportajdan kiçik bir hissə belə efirə verilməyib”, o qeyd edib.

Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-c- il noyabrın 26-dan fəaliyyət göstərirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG