Accessibility links

Antarktidanın heyrətamiz gölləri [Video]


Buzlaq gölləri dünyanın ən gözəl mənzərələrindən biri hesab edilir. Lakin alimlər onların gözəl olduğu qədər təhlükəli olduqlarını da bildirir.

Antarktida möhtəşəm yerdir. 14 miliyon kvadrat kilometr qayalıqların 98 faizi buzla örtülüb.

Lakin alimlərin apardığı tədqiqatlar buzlaqların yuxarı hissəsində göllərin yarandığını göstərir. Bunlar super buzlaq göllər adlanır.

Amber Leeson: “Biz 20 km. uzunluğuna qədər göllərlə qrast gələcəyimizi gözləmirdik. Bu tədqiqat müddətində bu göllərə aşkar etdik və atmosferin temperaturu ilə gölün dərinliyi və ölçüsü arasında əlaqənin oduğunu müəyyən etdik.”

Yay mövsümündə buzların üstündə göllər meydana gəldiyini bilirdik. Lakin onların çox olması buzlaqları daha da qeyri-sabit edir.

Amber Leeson: “Əgər onlar torpağın üzərindəki buzda meydana gəlibsə, o zaman su buzun içərisindən keçərək bünövrəyə axacaq. Orada buzun əriməsi və axması sürətlənəcək. Əgər o okean suyunun səthində üzən buzun üzərində meydana gəlibsə bu, buz qayalıqlarını zəiflədəcək.”

Onun həmkarları inanır ki, bu kimi göllər buzlaqların dağılmasına səbəb ola bilər. Bu isə qitənin su altında qalması və dənizə qarışması deməkdir.

Amber Leeson: “Larsen B buzlağı 2002-ci ildə dağıldı və bizim fikrimizcə, bu, onun üzərində göllər olduğuna görə baş vermişdi. Onların tədricən su ilə dolması və əriməsi buzlağı zəiflədib və onun qopmasına səbəb olub.”

Planetdə temperaturun artması ilə alimlər Antarktidada daha çox göllərin yaranacağını gözləyir. Onlar əriyən buzların dünyada dəniz səviyyəsinin artmasına gətirib çıxara biləcəyindən narahatlıqlarını bildirir.

XS
SM
MD
LG