Accessibility links

Həkimlər: Hamilə qadınlar üçün anti-depressantlar əsasən təhlükəsizdir


Depressiyadan əziyyət çəkən hamilə qadınlar körpənin qüsurlu doğulmaması üçün adətən dərmanları qəbul etməyi dayandırır. Son araşdırmaların nəticələri isə göstərir ki, serotonin inhibitorlar kimi tanınan anti-depresantların ana bətnində olan uşağa adətən mənfi təsiri son dərəcə cüzi yaxud heç olmur.

Hamiləlik dövrü böyük dəyişikliklər, həm də bir çox qadın üçün xoşbəxt dövrdür. Lakin fiziki və hormonal dəyişikliklər ana olacaq qadınların bəzilərində kliniki depressiyalara yol açır.

Bu son araşdırmalar bizi bir daha əmin edir ki, depressiyadan əziyyət çəkən qadınlar özləri və körpələrinin sağlamlığına təhlükə törətmədən anti-depressant qəbulunu davam etdirə bilərlər

Hamiləlik dövründə depressiyadan əziyyət çəkən qadınların çoxu həkim tərəfindən müəyyən edilən dərmanlardan imtina edir.

Buna səbəb əvvəlki serotonin inhibitorlarla bağlı araşdırmaların mübahisəli olmasıdır. Bu yaxınlaradək Birləşmiş Ştatlarda körpələrın ürək divarlarında və kəllədə qüsurla doğulmasına səbəb reseptlə verilən anti-depressantlar olduğu deyilirdi.

Lakin hazırkı, Birləşmiş Ştatlar və Kanada alimlərinin 30 minə qədər qadın üzərində apar dığıaşdırmaların nəticələrindən məlum olub ki, serotonin inhibitorlar olan dərmanların əsasən heç bir ziyanı yoxdur.

Birləşmiş Ştatlar Milli Doğum Qüsurlarının qarşısının alınması adı altındakı araşdırmaların nəticələri British Medical Journal-da dərc edilib.

Jennita Reefhuis Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzində qüsurla doğulan körpələri araşdırır.

"Biz əvvəlki beş araşdırmada sertalinin hamilə qadınlar üzərində effektinin olduğunu göstərən təcrübənin replikasiyasını aşkar etmədik," deyə o bildirir.

Depressiyadan əziyyət çəkən adamlara verilən serotonin inhibitorları arasında Zoloft ən təhlükəsiz dərman sayılır.

Depressiyadan əziyyət çəkən adamlara verilən serotonin inhibitorları arasında Zoloft ən təhlükəsiz dərman sayılır.

Hamilə qadınların təqribən 40 faizinə doğuşdan əvvəl nisbətən təhlükəsiz sayılan serotonin inhibitor həbi - Zoloft verilir.

Digər, Prozac və Paxil adlı dərmanların körpə defektləri isə son dərəcə az bağlılığı olduğu göstərilir.

"Biz həmişə qadınlara deyirik ki, həklimlə məsləhətləşmədən dərman qəbulunu dayandırmasınlar. Bu son araşdırmalar bizi bir daha əmin edir ki, depressiyadan əziyyət çəkən qadınlar özləri və körpələrinin sağlamlığına təhlükə törətmədən anti-depressant qəbulunu davam etdirə bilərlər," deyə "March of Dimes" təşkilatının baş tibbi rəsmisi Eduard McCabe bildirir.

Araşdırmanın müəllifləri bütün anti-depressantların təhlükəsiz olduğuna tam əmin olmaq üçün bu istiqamətdə tədqiqatın davam etdirilməsinə çağırıblar.

XS
SM
MD
LG