Accessibility links

Anti-Korrupsiya Sammiti: Oğurlanan pulların geri qaytarılması uzun zaman ala bilər [Video]


Ötən həftə Britaniya, ABŞ, Nigeriya və digər ölkələr korrupsiyaya qarşı mübarizə sammitti keçirib. Amma korrupsioner rəsmilərin pullarını gizlətdiyi ölkələrin maliyyə maraqlarını nəzərə alaraq, sammitin həqiqi nəticələr verə biləcəyi sual altındadır.

Siyasətçilər qorxurlar və diqqətlərini etimad və şəffaflığı bərpa etməyə yönəldirlər.

Bu sammiti digərlərindən fərqləndirən yoxsul ölkələrdən oğurlanan pulların yuyulması üçün bankları və daşınmaz əmlak bazarları ilə cənnət rolunu oynayan zəngin ölkələrin günahlarını etiraf etməsi, korrupsiyanı pisləməsi və cəzalandırmaq üsullarında işlər aparılmasına söz verməsi olub.

“Hər ölkə tək-tək üzərinə korrupsiya məsələlərini həll etmək öhdəliyini alır”, deyə Britanyanın baş naziri Deyvid Kameron bildirib.

Çox vaxt yüksək korrupsiya hallarına görə ittiham olunan Nigeriya pullarını geri istəyib.

“Nigariya bu sammiti anti-korrupsiya infrastrukturu yaratmağa və strateji hərəkət planı hazırlamağa çağırır. Bu plana ofşor hesablarda gizlədilən oğurluq pulların izlərinin tapılması, nəzarəti və geri qaytarılması daxil olmalıdır,” deyə Nigeriyanın prezidenti Mahammadu Buhari bildirib.

Britaniyanın baş naziri Deyvid Kameron və ABŞ dövlət katibi Con Kerri Londonda keçirilən Anti-Korrupsiya Sammitində

Britaniyanın baş naziri Deyvid Kameron və ABŞ dövlət katibi Con Kerri Londonda keçirilən Anti-Korrupsiya Sammitində

Britanita və Birləşmiş Ştatlar kimi yerlərdə neçə milyard və ya trilyon dollar oğurluq pulun gizlədildiyinə dair dəqiq məlumat yoxdur.

Söhbət mühüm bank və daşınmaz əmlak sektorundakı böyük məbləğdə pullardan getdiyi üçün pulların hesablanması çətin, onları əsl sahiblərinə geri qaytarmaq isə daha da çətin olacaq.

“Bu, Britaniya üçün çətin məsələdir. Səbəb isə təkcə Londonun bu pulların inkişaf etməkdə olan ölkələrdən axınında oynadığı rola görə deyil, həm də odur ki, bəzən dövlət orqanları üçün pulların əsl sahiblərini müəyyən etmək çox çətin olur.”

Bu, Britaniya üçün çətin məsələdir. Səbəb isə təkcə Londonun bu pulların inkişaf etməkdə olan ölkələrdən axınında oynadığı rola görə deyil, həm də odur ki, bəzən dövlət orqanları üçün pulların əsl sahiblərini müəyyən etmək çox çətin olur.

Korrupsiya bütün dünyada iğtişaşlara səbəb olur. Braziliya prezidentinin impiçmentlə üzləşməsinə səbəb də onun partiyasının hakimiyyətdə olduğu dövrdə cəlb olunduğu rüşvət qalmaqallarıdır”.

Bu cür hadisələr isə rəsmilərin hərəkətə keçməsinə səbəb olur.

“Siyasətçilər qorxurlar və diqqətlərini etimad və şəffaflığı bərpa etməyə yönəldirlər,” Middlesex Universitetindən Tim Evans bildirib.

Oğurlanan pulların geri qaytarılmasını müzakirə etmək məqsədilə növbəti anti-korrupsiya sammitinin gələn il ABŞ-da keçiriləcəyi planlaşdırılır. Ümid olunur ki, bu dəfəki sammitdə ifadə olunan həll yolları artıq daha çox müzakirələrə deyil, bir hərəkətə gətirib çıxaracaq.

XS
SM
MD
LG