Accessibility links

Nyu-Yorkdan Kaliforniyaya qədər Amerika boyu on minlərlə insan üçüncü gündür anti-Tramp yürüşlərinə qatılır.

Porland, Oreqon, Çikaqo, Nyu-York və digər bölgələrdə nümayişçilər ABŞ-ın 45-ci prezidenti seçkilərinin ləğvini tələb edir.

Dünən gecə Donald Tramp Twitter səhifəsində seçkilərin şəffaf və ədalətli olduğunu, medanın təhriki ilə professional etirazçıların nümayiş keçirməsini ədalətsizlik kimi qiymətləndirib.

Portlandda gecə boyu minlərlə insan şəhərdə nümayiş keçirib. Əllərində beysboll dəyənəkləri ilə nümayişçilər pəncərələri sındırıb, təkərlər yandırıb. Oreqonun Nəqliyyat Nazirliyi fasilələrlə maqistral yolları bağlayıb.

Denver, Boulder və Kolorado Springsdə nümayişlər dinc keçirilib.

Minneapolisdə maqistral yollar nümayişçilər tərəfindən tutulub.

​Filadelfiyada "Bizim prezident deyi","Amerikanı hamı üçün təhlükəsiz et" kimi şüarlar səsləndirilib.

Kentukkinin Luisvill və Merilendin Baltimor şəhərlərində yüzlərlə insan etiraz aksiyalarında iştirak edib.

San Fransiskoda afro-amerikalılar və ispandilli tələbələr yürüş keçirib.

Etirazçıların çoxu anti-mühacirət siyasətinə görə Tramp administrasiyasından qorxduğunu deyir.

Trampın seçkiqabağı kampaniyaları zamanı söylədikləri onu irqçi, seksist və ksenofob kimi qələmə verib.

Show comments

XS
SM
MD
LG