Accessibility links

Mikroblar antibiotiklərə qarşı davamlılıq inkişaf etdirir [Video]


Hər xəstəxanada dərmanlara davamlı bakteriyalar mövcuddur. Antibiotiklərin onillərdir geniş istfadəsindən sonra, ən azı bir bakteriya bütün məlum antiobiotiklərə davamlılıq inkişaf etdirib. Britaniya və dünyanın digər yerlərindəki alimlər xəstələri dərmanlara davamlı infeksiyalardan qorumağın yollarını araşdırırlar.

İngiltərənin Andover şəhərində texniklər otaqları hidrogen peroksid buxarı ilə təmizləmək üçün təcrid edirlər

Mikrob

Mikrob

Lakin bu geniş yayılmış təmizlik vasitəsi xəstəxanalarda mövcud olan bütün zərərli bakteriyalara qarşı effektiv deyil.

Təhlükə “biofilm”lərdən gəlir. Biofilm isə geniş istifadə olunan təmizlik vasitələrinə qarşı davamlılıq inkişaf etdirmək üçün mürəkkəb üsullardan istifadə edən mikro-orqanizmlərin kompleks koloniyalardır.

“Bu bakteriyalar bir yerdə toplaşdığı üçün genetik məlumatı bölüşə bilirlər, ona görə də bu biofilmdə müqavimət növlər arasında ötürülə bilər. Bu səbəbdən bu bakteriya qrupları müxətlifləşdikcə daha da güclənir,” deyə mikrobiologiya texniki Ferqus Vatson bildirir.

Tədqiqatçılar deyir ki, sadəcə bakteriya deyil, viruslar və hətta göbələklər də virus və göbələklərə qarşı dərmanlara davamlılıq inkişaf etdirib. Bunun əsas səbəbi isə antibiotiklər, əsasən də geniş spektrli antibiotiklərin həddən artıq istifadəsidir.

"Bakteriya bu davamlılığı ona görə yaradır ki, onlara ifrat miqdarda antibiotiklər vurulur. Müqavimət mexanizmi olan bakteriyalar isə artır. Biofilm onların bu müqavməti dəyişdirdiyi hər yerdə yarana və bakteriya qrupu ilə bölüşə bilər. Bunun nəticəsində də müqavimət yayılır," Vatson deyir.

2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı “təcili koordinasiya edilmiş hərəkət olmadan dünya post-antibiotik dövrünə doğru irəliləyir ki, bu halda onillərdir müalicə oluna bilən adi infeksiyalar və kiçik yaralar yenidən insanları öldürə bilər” deyə xəbərdarlıq edib.

Bu ilin əvvəli ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlum heç bir bir antibiotik növünə reaksiya verməyən infeksiya halının olduğunu bildirib.

Səhiyyə rəsmiləri antibiotiklərə davamlı infeksiyaların bütün dünyada 80 minə yaxın insanın ölümünə səbəb ola bilcəyindən narahatdır.

Show comments

XS
SM
MD
LG