Accessibility links

Şanxay şəhərindəki çoxmərtəbəli binada yanğın baş verib


Şanxay şəhərindəki çoxmərtəbəli binada yanğın baş verib

Şanxay şəhərindəki çoxmərtəbəli binada yanğın baş verib

Çinin dövlət mediası Şanxay şəhərindəki çoxmərtəbəli yaşayış binasında qaynaqçılar işləyən zaman təsadüfən baş verən yanğın nəticəsində 53 nəfərin öldüyünü bildirib. Rəsmilər faciə ilə bağlı 8 nəfərin həbs edildiyini bildrimişlər. Şahidlər yanğının 28 mərtəbəli binanın bayır hissəsindən başladığını və tez bir zamanda binanın girəcəklərinə keçdiyini deyirlər. Dünən günortadan sonra başlayan yanğından xilas olmaq üçün sakinlərin çoxu inşaat qurğusundan istifadə edərək qaçmış, qalan 70 nəfər isə xəstəxanaya çatdırılmışdır. Yanğını söndürmək üçün 100-ə yaxın yanğınsöndürən maşından istifadə edilib. Ölkənin təhlükəsizlik naziri Menq Cianju xilasetmə işlərinə yardım məqsədi ilə Şanxaya əlavə qüvvələr göndərib.

XS
SM
MD
LG