Accessibility links

Tsarnayev qardaşlarının atası ABŞ-a səfərini təxirə salır



Bostonda marafon zamanı bomba partlayışları törətməkdə şübhəli bilinən Tamerlan və Cövhər Tsarnayev qardaşlarının atası səhhəti ilə əlaqədar Rusiyadan Birləşmiş Ştatlara səfərini təxirə saldığını bildirib.46 yaşlı Anzor Tsarnayev qan təzyiqinin yüksək olması səbəbilə özünü pis hiss etdiyini deyib.

Anzor Tsarnaev keçən həftə mətbuat konfransı zamanı ABŞ-da həbsdə olan kiçik oğlunu görmək və bomba partlayışlarından bir neçə gün sonra polis təqibi zamanı öldürülmüş böyük oğlunu dəfn etmək üçün Amerikaya gələcəyini demişdi. Lakin bundan sonra ailə üzvləri onun səhhəti ilə əlaqədar səfərin təxirə salına biləcəyinə işarə etmişdi.

Rusiya mətbuatının verdiyi məlumata görə, Tsarnayev Moskvada xəstəxanaya düşdüyünü təsdiq edib. Boston hücumlarında şübhəli bilinən qardaşların validyenləri Zubeydat və Anzor Tsarnayevlər cümə günü Mahaçqaladan Moskvaya gəliblər. Anzor Tsarnayev harada qaldığı haqda məlumat verməyib.
XS
SM
MD
LG