Accessibility links

AOL şirkəti The Huffington Post xəbər saytını 315 milyon dollara aldı


AOL şirkəti The Huffington Post xəbər saytını 315 milyon dollara aldı

AOL şirkəti The Huffington Post xəbər saytını 315 milyon dollara aldı

Veb səhifə 2005-ci ildə Ariana Haffinqton, o cümlədən, Kenet Lerer və Conah Peretti tərəfindən yaradılmışdı

ABŞ-ın internet şirkəti AOL Incorporated bildirir ki, şirkət The Huffington Post xəbər saytını 315 milyon dollara almaq barədə qarşı tərəflə razılıq əldə olunub.

AOL-un verdiyi məlumata görə, şirkət böyük sayda izləyicisi olan xəbər veb səhifəsi üçün 300 milyon dolları nəğd verəcək. Bu gün yayılan açıqlamada, digər 15 milyon dolların necə ödəniləcəyinə aydınlıq gətirilmir. The Huffington Post 2005-ci ildə Ariana Huffington, o cümlədən, Kenet Lerer və Conah Peretti tərəfindən yaradılıb. Sazişə görə, Haffinqton AOL və The Huffington Post-un bütün xəbər mövzularının prezidenti və baş redaktoru olacaq.

Sazişin bir neçə ay ərzində yekunlaşdırılacağı gözlənilir.

XS
SM
MD
LG