Accessibility links

Apple FBI qalmaqalı davam edir


ABŞ-ın Ədliyyə nazirliyi ilə nəhəng texnologiya şirkəti Apple arasında kodlanmış iPhone telefonu ilə bağlı mübahisə Konqresdə davam etdirilib. Onlar qanunvericilərin Apple-ın müstəntiqlərə Kaliforniyanın San Bernardino şəhərində baş verən hücumu həyata keçirən terrorçulardan birinin telefonunun kodunu açmağa yardım etməsi ilə bağlı suallarını cavablandırıb.

Federal Təhqiqatlar Bürosu (FBI) Apple-ın Sayed Rizvan Farukun istifadə etdiyi iPhone-un kodunu açmaq üçün softveyer proqram hazırlamasını istəyir. Faruk və onun həyat yoldaşı dekabr ayında San Bernardinoda həyata keçirdikləri qətliam zamanı 14 nəfəri öldürüb, 22-ni yaralayıb.

FBI direktoru Ceyms Komi Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə büronun amerikalıları uşaq oğrularından, cinsi təcavüzkarlardan, və İslam Dövləti kimi terrorçu qruplardan qoruya bilməsi üçün digital kommunikasiya məlumatlarına daha çox çıxış imkanlarının olmasına ehtiyacının olduğunu bildirib.

Apple-ın baş hüquqşünası Brüs Süvel isə komitəyə bildirib ki, şirkət terrorçulara qarşı heç bir şəkildə rəğbət bəsləmir, amma ABŞ höküməti Apple-dan bütün smartfon istifadəçilərinin məxfiliyini təhlükəyə ata biləcək bir addım atmasını istəyir.

FBI Farukun hücumla bağlı digər terrorçularla əlaqə saxlayıb-saxlamadığını müəyyən etmək üçün onun telefonunu yoxlamaq istəyir. Faruk və onun pakistanlı həyat yoldaşı, Təşfin Malik, hücumdan bir neçə saat sonra polislə atışmada öldürülüb.

Kaliforniyanın aşağı instansiya məhkəməsinin hakimi Apple-ın FBI-ın tələbinə cavab verməsinə dair qərar çıxarıb, lakin şirkət məhkəmənin bu qərarı ilə bağlı appelyasiya müraciəti etdiyi üçün növbəti məhkəmənin qərarını gözləyir.

Əgər kaliforniyalı hakimin qərarı qüvvədə qalsa, ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri Apple-ın cinayət istintaqlarına cəlb olunan bütün cihazların kodlarını açmasını tələb edəcək.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsi önündə keçirilən dinləmədən öncə bazar ertəsi Apple Farukun işinə bənzər digər bir məhkəmədə qalib gəlib.

Birləşmiş Ştatlarda keçirilən bir sorğunun nəticələri isə əksər amerikalıların bu məsələdə höküməti dəstəklədiyini göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG