Accessibility links

Yeni iPhone-lar satışda!


ABŞ texnologiya nəhəngi Apple iki yeni iPhone modelini açıqlayıb. Şirkət bu addımı ilə mobil bazarında ən böyük paya sahib olmağa can atır.

Şirkət modellərdən iPhone 5C-nin beş rəngdə - yaşıl, göy, sarı, çəhrayı və ağ rəngdə istehlakçılara təklif ediləcəyini deyib. Telefon müştərilərə iki illik kontrakt öhdəliyi qarşılığında cəmi 99 dollara satılacaq.

Apple telefonu ABŞ və Avropadakı səviyyədə adambaşı gəlirləri yüksək olmayan Çin və digər ölkələrdə yüksək satış rəqəmləri əldə edəcəyinə inanır.

Şirkətin bir başqa modeli iPhone 5S-in 2007-ci ildə ilk dəfə təqdim edilən iPhone telefonundan 40 dəfə daha sürətli olduğu bildirilir. Apple 5S modelinin batereyasının 10 saata yaxın danışma gücü kimi daha çox ömürlü olacağı və yaddaş həcminə gorə qiymətinin 199 dollarla 399 dollar arasında dəyişəcəyi deyilir.

Hazırda mobil telefon bazarında Google-un Android cihazı birinciliyi saxlayır. Bəzi maliyyə təhlilçiləri Apple-in birjada səhmlərinin bu il 18 faiz artacağını güman edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG