Accessibility links

Apple şirkətinin 98 milyard dollarlıq problemi


Apple şirkətinin 98 milyard dollarlıq problemi
Apple şirkətinin 98 milyard dollarlıq problemi

Cəmi 18 ay öncə Apple-ın 46 milyard dollarlıq xəzinəsi investorlardan dividentlər paylanmasına çağırışlara rəvac verdi. Amma çoxları səhm qiymətlərindəki meteorik qalxımdan da məmnun idilər.

Amma nağd pul balansının artması və səhm qiymətlərinin real məzənnədən aşağı olması Apple şirkətinin baş icraçı direktoru Tim Cook-dan daha çox iş görmək yönümündə səhmdar çağırışlarını artırıb.

Heç kim xəzinənin belə sürətlə genişlənəcəyini gözləmirdi. Bəzi analitiklər ehtimal edirdilər ki, 2011-ci ildə Apple-ın maliyyə vəsaitləri 65 milyarda çatacaq. Amma pulun həcmi gözləntilərdən də 50 faiz artıq çoxalıb.

İndi Apple-ın hər səhminə 104 dollar düşür.

Amma məşhur rep mahnısında deyildiyi kimi çoxlu pul həm də çoxlu problem gətirir. Apple-ın genişlənən imkanları ilə şirkətin əfsanəvi banisi Steve Jobs-u əvəzləyən Tim Cook ən ciddi sınağı ilə üzləşir: Bu pulla nə etməli?

Wall Street toplanılan var-dövlətin dividentlər halında investorlara paylanmasına tərəfdardır. Amma adətən brokerləri qulaqardına vuran ultra-mühafizəkar şirkət rəhbərliyi atacağı addımlar barədə işarə verməyə tələsmir.

XS
SM
MD
LG