Accessibility links

Apple Sumsungdan 2.5 milyard dollar təzminat tələb edir

Dünyanın iki ən nəhəng smartfon istehsalçıları ABŞ-ın Apple şirkəti və Cənubi Koreyanın Samsung Electronics şirkətinin gəlirli cihazların patent haqqı uğrunda ABŞ məhkəməsində mübarizəsi davam edir.

Milyardlarla dollarlıq mübahisənin həllinə Kaliforniyada Apple’ın baş ofisindən çox da uzaqda olmayan jüri heyəti qərar verəcək. Bazar ertəsi günü jüri seksiyasında başlanacaq prosesin bir neçə həftə davam edəcəyi gözlənilir. Bu, iki nəhəng şirkət tərəfindən dünyanın 4 qitəsinin məhkəmələrində qaldırılmış bir neçə proseslərdən biridir.

Dəyəri 312 milyard dollar olan mobil texnologiya sənayesinin dominantlığı təhlükə altındadır. Yalnız bu ilin Aprel ayından İyun ayına qədər istehlakçılar 400 miliyondan çox mobil cihazlar alıblar. Samsung şirkəti 50 miliyondan artıq mal ixrac edib.

Apple iddia edir ki, Samsung şirkəti onun məşhur iPhone və İPad mobil cihazlarının dizaynından Galaxy cihazlarının istehsalında istifadə edib. Apple patent haqqının pozulduğunu iddia edərək, dəyən zərərə görə 2.5 milyard dollar təzminat tələb edir.

Prosesə sədrlik edən hakim Lusi Kah Apple şirkətinin icracı direktoru Tim Kuk və Samsung şirkətinin icraçı direktoru Çoi Gi Sungun görüşərək mübahisənin həll yollarını tapmağa çalışmalarını əmr edib. Onlar may ayında görüşüblər, lakin razılığa gələ bilməyiblər.
XS
SM
MD
LG