Accessibility links

Apple San Bernardino qatilinin iPhone paroluna çıxış verilməsi haqda qərarı sual edib


Apple şirkətinin rəhbəri Tim Kuk deyib ki, şirkət dekabrda Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfəri qətlə yetirən şəxslərdən birinin istifadə etdiyi iPhone telefonunun araşdırılması üçün Federal Təhqiqatlar Bürosuna telefona çıxış verməsi barədə hakimin qərarını sual edib.

Rəsmilər Seyid Rizvan Fərrux və onun həyat yoldaşı Təşfin Məlikin yaraqlılarla əlaqəsi olub-olmamasını yoxlamaq istəyib, amma parol olmadan onun telefonuna daxil ola bilməyiblər.

San Bernardino şəhərində 14 nəfərin ölümülə nəticələnmiş hücumu törədən Təşfin Məlik və Seyid Rizvan Fərrux
San Bernardino şəhərində 14 nəfərin ölümülə nəticələnmiş hücumu törədən Təşfin Məlik və Seyid Rizvan Fərrux

Hakim Apple şirkətinə 10 dəfə səhv parol daxil edildiyi təqdirdə iPhone-da olan bütün məlumatları avtomatik pozan funksiyadan yayınmaq üçün büronu softveyerlə təmin etməsi haqda qərar çıxarıb.

Apple şirkətinin veb səhifəsində yerləşdirilmiş bəyanatda Kuk hakimin qərarını “hökumətin müdaxiləsi” adlandırıb və bildirib ki, bu akt hökumət rəsmilərinə hər hansl bir şəxsin telefonundan məlumatlara çıxış imkanı əldə etməsinə gətirib çıxara bilər.

Kuk deyib ki, kampaniya terrorçulara rəğbət bəsləmir və təhqiqata fərqli üsulla yardım etmək məqsədi ilə Apple-in məlumat bazası və mühəndislərin təkliflərini büroya təqdim edib.

XS
SM
MD
LG