Accessibility links

Yaponiya məhkəməsi Apple şirkətinin təzminat iddiasını rədd edib


Yaponiya məhkəməsi Samsunq şitkətinin “Galaxy” smartfonları və tabletləri üçün “Apple”-in “İphone” və “iPad”lərində istifadə olunan texnologiyanı oğurlamadığını bildirib

“Apple” son məhkəmə iddiasında Cənubi Koreyadan olan rəqibi “Samsung” şirkətinə məğlub olmuşdu.

Cümə günü Yaponiya məhkəməsi "Samsunq"un “Galaxy” smartfonları və tabletləri üçün “Apple” şirkətinin hazırladığı “İphone” və “iPad”lərdə istifadə olunan texnologiyanı oğurlamadığını bildirib.

"Samsunq" Tokyo Əyalət Məhkəməsinin “Apple” şirkətinin iddialarını təmin etməmək haqda qərarını alqışlamış və bunun şirkətin bir daha uzun müddətdir tutduğu mövqedə qalaraq, “Apple”-in texnoloji əmlak hüququnu pozmadığının sübutu olduğunu bildirib.

“Apple” şirkəti bununla bağlı dərhal şərh verməyib.

Məhkəmənin hökmü bir həftə öncə baş ofisi Kaliforniyada yerləşən “Apple” şirkətinin ABŞ məhkəməsində "Samsunq" şirkətindən “iPhone” smartfonun əsas xüsusiyyətlərini kopyaladığına görə 1 milyard dollardan çox təzminat qazanmasından sonra baş verib.
XS
SM
MD
LG