Accessibility links

Apple yeni məhsulu ilə uğurlarını artırır [Video]


Apple yeni məhsulu ilə uğurlarını artırır
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Apple şirkətinin ödənişlər üçün yeni üsul, daha incə və tez işləyən noutbuk və ya Apple Watch kimi tamamilə yeni bir cihazın istehsalı barədə açıqlamaları digər şirkətlərlə müqayisədə daha gözlənilən bir hadisə olur. CNET online jurnalın redaktoru Linsey Turrentin deyir ki, Apple ən çox riskli addım atmaqda müvəffəqdir.

Linsey TurrentinI: “Risk odur ki, insanlar `mənim telefonun varsa, eyni xüsusiyyətə malik texnologiyanı niyə qoluma da taxım?` deyə bilərlər. Digər risk isə saatın batareyasının məhdudlaşdırıcı amil ola bilməsidir.”

Lakin risk hər zaman innovasiyanın ən vacib aspekti olub. Bəziləri Apple-ın baş icraçı direktorunun şirkətin Stiv Cobsdan sonrakı fəaliyyətində müvəffəqiyyət əldə etdiyini deyir, çünki o, sabitliyi bazarda aktual qalmaq prinsipi ilə əvəz etməyə çalışır. Bu fikir biznesin motivasiyası üsrə eksperti Kevin Pol Skotun yeni kitabında da vurğulanıb.

Kevin Pol Skotun: “Apple deyir ki, “Biz indi görüdüyümüz işi davam etdirə bilərik və bunu daha da yaxşılaşdırıb müvəffəqiyyət qazana bilərik”. Amma onlar bundan imtina edib yeni riskləri qəbul edərək, yeni işlərə başlayır. Bu doğurdan da onlar üçün mühümdür. Ona görə də, Apple oyunu dəyişməyə davam edir.”

Skot Apple-ın cazibəsini artıran üç amili qeyd edir.

Kevin Pol Skotun: “Apple bizi həmişə intizarda saxlayır, ona görə də biz onları izləmək istəyirik. İkincisi, onlar çox nadir hallarda danışır, amma danışanda da, nəsə vacib bir şeydən danışırlar. Üçüncüsü isə odur ki, onların bir kult kimi təqib edənlər var.”

Apple-ın yeni saatlarının qiymət həddi idman saatı üçün 350 dollardan 18-karat qızıldan hazırlanmış saat üçün 10 min dollaradək təşkil eəcək. Apple-ı kult kimi təqib edənlərə görə isə aprelin 24-də satışa buraxılması ilə 1 milyon saatın satılacağı gözlənilir. Milli Biznez İqtisadiyyatı Assosiasiyasının prezidenti Con Silvanı sözlərinə görə, ikinci rübdə əldə ədəcəyi gəlirin həcminə baxmayaraq, Apple-ın müvəfəqiyyəti bir daha sübut edir ki, innovasiya hətta çətin iqtisadi mühitdə belə mümkündür.

Con Silva: “Apple-ın müvəffəqiyyəti bizə onu göstərir ki, innovasiya iqtisadiyyatda mənfi əhval-ruhiyyəyə qarşı güclü bir amildir və ABŞ iqtisadiyyatında sahibkarlıq baxımından çoxlu dəyişikliklər baş verir.”

Yeni saatın elan edilməsindən bəri Apple-ın aksiyaları yarım faiz artıb. Ötən həftə Apple Dow Jones Industrial Average indeksinin yeni üzvü oldu. Bu isə o deməkdir ki, şirkətin gəlirlərində bütün dəyişikliklər dünyanın ən yaxından izlənən indeksində öz əksini tapacaq.

XS
SM
MD
LG