Accessibility links

Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür


Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının 1948-ci ildən təməlini qoyduğu bu gün narahatlıq doğuran sahələr və inkişaflar diqqət mərkəzində olur. Bu il dünyanın diqqəti yaşlanma məsələsinə yönəlib.

“2012-ci il-Sağlamlıq ömür uzadır” adlı hesabatda yaşından və yerindən asılı olmayaraq yaşlanmanın daimi bir problem olduğu bildirilir. Sənəddə deyilir ki, 1980- ildən bəri 60 yaşlı insanların sayı iki dəfə artıb. 2050-ci ilədək 80 yaşlı insanların sayı 4 dəfə artaraq 395 milyona çatacaq. Gələn 5 il ərzində 65 yaşından yuxarı insanların sayı 5 yaşlı uşaqların sayından artıq olacaq. Ahıllar əsasən aşağı və orta gəlirli ölkələrdə üstünlük təşkil edəcək. 2050-ci ildə yaşlıların sayı 80 faizə yüksələcək.

XS
SM
MD
LG