Accessibility links

Aprel - Faciələr ayı [Video]


Keçən həftə Bostondakı terror hücumlarından bir neçə gün sonra amerikalılar 1993-cü ilin aprel ayında Texas ştatının Vako şəhərindəki Branç Davidian iqamətgahına və 1995-ci ildə Oklahoma Sitidəki hökumət binasına edilən hücumların ildönümünü qeyd edir.

1993-cü ildə mühafizəkar təriqətin ruhani üzvləri ilə federal hökumət arasında baş qaldıran münaqişədən sonra Branç Davidian iqamətgahında baş verən yanğının nəticələri amerikalıların yaddaşına həmişəlik həkk olub. Yanğın zamanı sektanın 70-dən çox üzvü həlak olmuşdu.

Bundan iki il sonra yük maşınına yerləşdirilmiş bomba Oklahoma Sitidəki hökumət binasını dağıtdı. Nəticədə 168 nəfər öldü, yüzlərlə insan yaralandı.
Bu hucumda sabiq əsgər Timoti MakVeiy günahkar bilindi və o, 2001-ci ildə edam edildi.

Yoxsulların Hüquq Mərkəzindən Mark Potok hər iki hadisənin aprel ayının 19-da baş verdiyini və bu tarixin xüsusi məna kəsb etdiyini deyir. “Aprelin 19-u Birləşmiş Ştatlarda mühafizəkar sağçılar üçün xüsusi bir gündür, çünki 1775-ci il, həmin gündə Amerika İnqilabının ilk atəşləri açılmışdı.

Aprel faciələrinə daha bir faciə daxildir. 1999-cu il aprelin 20-də Kolorado ştatının Kolumbayn şəhərindəki məktəbə hücum. Bu ildönümləri amerikalılar üçün kədərli günlər kimi xatırlandığı vaxt, qanun mühafizəçiləri üçün narahatlıqların artdığı vaxtdır.

Sabiq prokuror Eytan Qoelman Oklahoma Sitidəki bomba hücumu ilə bağlı işi araşdıranlardandır. “Bu hadisə hamını şoka saldı, Əvvəla hücumun Oklahoma Sitinin mərkəzində həyata keçirilməsi, sonra isə hansısa fanat müsəlman tərəfindən deyil, Amerikada, öz vətənində boya-başa çatmış amerikalı terrorçu tərəfindən edilməsi”.

Qoelman Oklahoma Sitidəki hücumda əli olan Makveyin bunu necə əsaslandırdığını yada salır. “O, Oklahoma Sitidəki hücumun Vakoya cavab olduğunu deyirdi. Aprel ayının 19-u, Bu təsadüfi deyildi. Makvey özü bu günü seçmişdi. Çünki həmin gün Vako hadisəsinin ildönümü idi.”

Oklahoma Sitidəki hücum Makveyin hökumət əleyhinə olan yarı-hərbi dəstələrlə əlaqəsi olduğunu göstərdi. Mark Potokun dediyinə görə, bu qruplar 2008-ci il, Barak Obamanın prezident seçildiyi ildən artmağa başlayıb. “Bizim hesablarımıza görə, 2008-ci ildə 149 qrup var idisə, 2012-ci ildə onların sayı 1360-a çatıb.”

Eytan Qoelman bu yaxınlarda Vaşinqtonun silahlara nəzarətin gücləndirilməsinin ekstremist qruplaşmalarda ehtirasların artmasına səbəb olduğunu deyir. “Silahlara nəzarətin artırılması lunatik ifrat üçün qaynar məsələdir. Onlar silahlaa nəzarət sahəsində istənilən addıma hüquqların məhdudlaşdırılmasının başlanğıcı kimi baxırlar. Onlar hesab edirlər ki, bu yolla BMT Amerikaya nəzarəti ələ keçirməyə can atır.

Boston son terror hücumunun yarasından əziyyət çəkdiyi vaxt 19 aprel bir çoxları üçün başqa ağrılı xatirələri canlandırır.
XS
SM
MD
LG