Accessibility links

Saatlı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev 94 ağaca görə 582 min manat (700 min ABŞ dolları) cərimə olunub

Saatlı rayonunda (Bakıdan 260 kilometr cənub-qərb) ağacların qırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətinin AzərTAc agentliyinə bildiriblər ki, araşdırma zamanı Bəhrəmtəpə-Sabirabad su kanalının rayonun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində Saatlı Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən təmizləmə işlərinin aparıldığı, lakin bunun üçün layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı müəyyən edilib.
Məlum olub ki, kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif növlü və diametrli ağac, eləcə də kollar məhv edilib.
Buna görə Saatlı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev inzibati qaydada 582 min manat (700 min ABŞ dolları) məbləğində cərimə olunub.
XS
SM
MD
LG