Accessibility links

Müsavat fəalları polisə qəsdən tabe olmamaqda günahlandırılır


Ağcabədi rayonunda etiraz aksiyası
Ağcabədi rayonunda etiraz aksiyası

Fəallar Ağcabədi rayon Məhkəməsinə aparılıb

Yanvarın 26-da Müsavat Partiyasının yerli təşkilatının Ağcabədi şəhərində "Bahalaşmaya son!" şüarı ilə keçirmək istədiyi aksiya zamanı saxlanan partiya fəalları Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Mürsəlzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ittiham irəli sürülüb. Fəallar hazırda Ağcabədi rayon məhkəməsindədir. Bu barədə Ağcabədi rayon Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

Polis şöbəsindən deyiblər ki, dünən bir qrup insan yerli icra hakimiyyətinin icazəsi olmadan aksiya keçirməyə cəhd edib. Polis onlardan aksiya keçirmək üçün yerli icra hakimiyyətinin icazəsini tələb edib. Lakin icazə təqdim etməyiblər və polisin qanuni tələblərinə məhəl qoymayıblar. Bu səbəbdən də aksiyaya cəhdin qarşısı alınıb və qaydanı pozanlar saxlanıb.

Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli Amerikanın Səsinə bildirib ki, mitinqin keçiriləcəyi ilə bağlı qabaqcadan məktub yazaraq yerli icra hakimiyyətini xəbərdar ediblər. Eyni zamanda icra hakimiyyəti başçısının aksiyaların “Şəfa” stadionunda keçirilməsi barədə sərəncamı var.

Fəalları cərimə və ya inzibati qaydada 15 sutkayadək həbs gözləyir.
XS
SM
MD
LG