Accessibility links

Aqil Layıcov: Maliyyə Nazirliyi fantastik rəqəmlərlə çaşqınlıq yaradır [Video-Müsahibə]


Aqil Layıcov: Maliyyə Nazirliyi fantastik rəqəmlərlə çaşqınlıq yaradır
please wait

No media source currently available

0:00 0:07:49 0:00

Aqil Layıcov: Maliyyə Nazirliyi fantastik rəqəmlərlə çaşqınlıq yaradır

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin vəkilinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində Maliyyə Nazirliyinin son açıqlaması, bankın problemli kreditləri, Hacıyev və onun yaxınlarına qarşı təzyiqlərdən danışıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci il martın 18-də səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib. Bundan sonra ABB-nin bir sıra keçmiş yüksək vəzifəli əməkdaşları və bankdan böyük kreditlər alan biznesmenlər həbs olunub. Hacıyevin özünü oktyabrın 17-də yaxın qohumu Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən istefasından sonra istintaqa çağırmağa başlayıblar. Dekabrın 5-də Hacıyev həbs olunub.

Hacıyevlə birlikdə ABB-nin keçmiş filial rəhbərləri - Anar Sultanov, Yusif Ələkbərov, İlqar Abdullayev, Kənan Orucov, Məmməd Cahangirov, habelə Bakı Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadov məhkəmə qarşısına çıxarılıb.

Onlar Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (böyük ölçüdə mənimsəmə, mütəşəkkil qrup tərəfindən törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (odlu silahın və onun komplekt hissələrini qanunsuz əldə edilməsi, başqasına verilməsi, satışı, saxlanması, daşınması) maddələri ilə ittiham olunur.

Amerikanın Səsi: Maliyyə Nazirliyi Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin təxminən 8 milyard dollar səviyyəsində pulun qanunsuz olaraq xaricə köçürməsi və kredit verməsi ilə bağlı bəyanat yayıb. Cahangir Hacıyevin Maliyyə Nazirliyinə cavabı nədir?

Bu o deməkdir ki, Maliyyə Nazirliyinin rəsmisinin irəli sürdüyü məbləğlər sırf publikada çaşqınlıq yaratmaq, eyni zamanda şəxsin təqsirsizlik prezumpsiyasına hörmətsiz yanaşmağın birbaşa göstəricisidir. Həmin rəqəmlər reallığı əks etdirmir.

Aqil Layıcov: Əslində o rəqəmin haradan və necə əmələ gəldiyi bizə bəlli deyil. Bu fantastik rəqəmlə ictimaiyyətdə çaşqınlıq yaratmaq, hesab edirəm ki, birbaşa dövlət orqanlarının, xüsusilə də Maliyyə Nazirliyinin şəxsin təqsirsizlik prezumpsiyasına olan qəsdidir. Bu rəqəmlər məhkəmə qərarı ilə sübut olunmayıbsa, eyni zamanda prossesual əhəmiyyəti olan qərarla sübut olunmayıbsa, bunun dövlət orqanı tərəfindən irəli sürülməsi yolverilməzdir. Bu gün əlimizdə olan ittihamın mahiyyətindən də görünür ki, zərər o məbləğdən çox aşağıdır. Bu o deməkdir ki, Maliyyə Nazirliyinin rəsmisinin irəli sürdüyü məbləğlər sırf publikada çaşqınlıq yaratmaq, eyni zamanda şəxsin təqsirsizlik prezumpsiyasına hörmətsiz yanaşmağın birbaşa göstəricisidir. Həmin rəqəmlər reallığı əks etdirmir. Əlavə də qeyd edim ki, həmin rəqəmləri irəli sürmək Maliyyə Nazirliyi tərəfindən digər qurumların fəaliyyətini şübhə altına almaq deməkdir. Çünki pulların köçürülməsinə nəzarət edən Mərkəzi Bank var, Monitorinq Xidməti var. Bu qurumların da fəaliyyətini şübhə altına salmaq, çaşqınlıq yaratmaq dövlət orqanının üzərinə düşən hal olmamalıdır.

Amerikanın Səsi: Cahangir Hacıyev məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Əks arqumentləri nədir?

Biz hesab edirik ki, Cahangir Hacıyevin Azərbaycan Respublikasının Beynəlxalq Bankının cari rəhbərliyində olduğu dövrdə həmin kreditlər də qaytarılırdı, həmin müəssisələr də rentabelli idi. Eyni zamanda, on minlərlə şəxsin işsizlik problemi həll olunmuşdu.

Aqil Layıcov: Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısının strateji planı olub və o plan fərmanla təsdiqlənib. Bu plan çərçivəsində ayrılan kreditlərlə bağlı onlarla müəssisələr və eyni zamanda on minlərlə iş yerləri açılıb. Bu o deməkdir ki, həmin pulların mənbəyi bəllidir və benefisiarı (borcluya tələb hüququ olan şəxs-red) Azərbaycan Respublikasıdır və ona görə ki, həmin müəssisələr hazırda da Azərbaycanda qalıb, rentabelli müəssisələr kimi fəaliyyət göstərə bilərdi. Lakin son zamanlar olan hadisələr, Maliyyə Nazirliyinin əsassız qarayaxmaları, şirkətlərdə olan mütəmadi yoxlamalar həmin müəssisələrin fəaliyyətini iflic vəziyyətinə salıb. Həmin müəssisələrə rəhbərliyi həyata keçirən insanların vəzifədən uzaqlaşdırılması, dəyidirilməsi nəticəsində qeyri-peşəkar, səriştəsiz insanların həmin müəssisələrə gətirilməsi, bu müəssisələri iflic vəziyyətə salmaqla bərabər, eyni zamanda bu qurumların maliyyələşməsi üçün ayrılan kreditlərin qaytarılmasına da təsir edib. Biz hesab edirik ki, Cahangir Hacıyevin Azərbaycan Respublikasının Beynəlxalq Bankının cari rəhbərliyində olduğu dövrdə həmin kreditlər də qaytarılırdı, həmin müəssisələr də rentabelli idi. Eyni zamanda, on minlərlə şəxsin işsizlik problemi həll olunmuşdu.

Amerikanın Səsi: Hazırda Cahangir Hacıyevə qarşı ittihamda dövlətə vurduğu nə qədər ziyan əksini tapıb?

O layihələr Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq açılıb və fəaliyyət göstərməkdə idi. O zamana kimi, Maliyyə Nazirliyi tərəfindən həmin müəssisələr başqa şəxslər tərəfindən idarə edilməyə verildi. Hal-hazırda həmin müəssisələrin fəaliyyəti tam iflic vəziyyətinə düşüb.

Aqil Layıcov: Ümumiyyətlə, dövlətə vurduğu ziyandan söhbət gedə bilməz. Verilən kreditlərdir. Kreditin qaytarılmamasının obyektiv və subyektiv səbəblərini araşdırmaq lazımdır. Obyektiv səbəblər isə tək Beynəlxalq Bank deyil, digər banklar da var. Onlarla bankın lisenziyası ləğv olunub. Lisenziyasının ləğv olunmasının əsas səbəbi likividikliyin aşağı düşməsidir. Likvidikliyin aşağı düşməsi də verilən kreditlərin qaytarılmamasıdır. Çünki, verilən kreditlər bankın gəlirinin ana sütununu təşkil edir. Bu onun obyektiv səbəbidir ki, bütün dünyada gedən qlobal problemlər Azərbyacandan da yan ötməyib. Onun subyektiv tərəfini araşdırsaq bəlli olur ki, həmin fiziki şəxslərə ayrılan kreditlərin əksəriyyəti layihələrin həyata keçirilməsinə sərf olunur. Onlarla layihələr var. O layihələr həmin fiziki şəxslərə ayrılan kreditlərin benifisiarıdır. O layihələr Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq açılıb və fəaliyyət göstərməkdə idi. O zamana kimi, Maliyyə Nazirliyi tərəfindən həmin müəssisələr başqa şəxslər tərəfindən idarə edilməyə verildi. Hal-hazırda həmin müəssisələrin fəaliyyəti tam iflic vəziyyətinə düşüb.

Amerikanın Səsi: Məbləğ nə qədərdir?

Aqil Layıcov: Hal-hazırda olan ittihama görə 34 milyon zərərin olduğunu istintaq iddia edir. Amma, biz məhkəmədə də vəsatət vermişik ki, tam rəqəmlər Mərkəzi Bankın Mərkəzləşmiş Kredit Reyestrindən çıxarış aldıqdan sonra əlimizdə olacaq. Bizim hesablamalarımıza görə, o rəqəm də böyükdür. Hesab edirik ki, vəsatətəimiz təmin olunduğu təqdirdə tam aydınlıq gətiriləcək.

Amerikanın Səsi: Cahangir Hacıyev məhkəmədə ona qarşı həbs zamanı təzyiqlərin olduğunu və indi də ailə üzvlərinə qarşı təzyiqlərin davam etdiyini bildirib. Bu təzyiqlər nədən ibarətdir? Cahangir Hacıyevin ailə üzvlərindən kimlərə təzyiqlər davam edir?

Təzyiqlərə gəldikdə, tək Cahangir Hacıyevə deyil, nəinki onun ailə üzvlərinə, hətta onun yaxın ətrafına və keçmiş sürücülərinə, köməkçilərinə və digər, - ustalarına, aşpazlarına belə qadağalar qoyulub.

Aqil Layıcov: Təzyiqlərə gəldikdə, tək Cahangir Hacıyevə deyil, nəinki onun ailə üzvlərinə, hətta onun yaxın ətrafına və keçmiş sürücülərinə, köməkçilərinə və digər, - ustalarına, aşpazlarına belə qadağalar qoyulub. Adi insanın əsas fundamental hüquqlarından biri olan ölkə hüdudlarını tərk etmək, hərəkət etmək azadlığı pozulub. Onun ailə üzvlərinin, digər şəxslərin notariat əməliyyatlarının aparılması, ASAN Xidmətlə müəyəyn əməliyyatların aparılması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması hüquqları pozulub. Bu yaxınlarda Cahangir Hacıyevin anasının rəhmətə getməsi ilə bağlı ata və ana evi vərəsəlik qaydasında açılmalı idi. Adi vərəsəlik əməliyyatlarının aparılmasına qadağalar qoyulub. Ona qarşı təzyiqlərin digər üsullarına gəldikdə isə o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 38 günə yaxın qanunsuz saxlanılıb. Hansı ki, bu, ay ərzində on gün limitini keçə bilməzdi. Onunla bağlı, qanunsuzluqla bağlı əlimizdə məhkəmə qərarı da var.

Amerikanın Səsi: Həyat yoldaşına, qızına və digər yaxınlarına qarşı təzyiqlərin olduğunu bildiribsiniz. Bu təzyiqlər nədən ibarətdir?

Aqil Layıcov: Konkret Cahangir Hacıyevin həyat yoldaşına (Zamirə Hacıyeva-red) qarşı ayrılan cinayət işində, onun yaxınlarına, ailənin vəkilinə xəbər verilmədən üstüörtülü formada məhkəmə keçirilib, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilib. Onun dövlət tərəfindən təyin olunan vəkili isə primitiv qaydalara da əməl etməyib, apellyasiya şikayəti belə verməyib. Biz bu gün apellyasiya şikayətini vermə müddətinin bərpa olunması üçün məhkəməyə müraciət etsək də bunu bərpa etməyiblər.

Müəlliflərdən: Bu Cahangir Hacıyevin vəkilinin fikirləridir. Müsahibədə adları hallanan tərəflərin fikirlərini də dərc etməyə açıqıq.

XS
SM
MD
LG