Accessibility links

Bir neçə ildir Parisdə yaşayan azərbaycanlı jurnalist bu gün baş verən terror hücumunu şərh edir

Fransa polisinin bildirdiyinə görə, həftəlik "Charlie Hebdo" satirik qəzetin Parisdəki baş qərargahına edilən hücum zamanı azı 12 nəfər ölüb. Parisdə yaşayan azərbaycanlı jurnalist Aqil Xəlil Amerikanın Səsinə müsahibədə bildirib ki, polis hücum barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Xəbərdarlığa baxmayaraq hücumun qarşısının alınmamasını qınayan jurnalistin sözlərinə görə, hətta hadisədən sonra da təhlükəsizlik tədbirləri yetərli qədər gücləndirilməyib.

Aqil Xəlil hazırda Parisdə hamının təşviş içərisində olduğunu desə də, bundan daha çox millətçi partiyaların yararlandığını bildirib: "Onlara fürsət düşüb. Deyirlər ki, baxın biz ərəblərə, və yaxud da əcnəbilərə qarşı sərt olanda haqlı idik." -deyə jurnalist bildirir. Aqil Xəlilin sözlərinə görə, bəlkə də bu hadisədən sonra immiqrasiya qanunları sərtləşdirilə bilər.

"Bu hadisə çox gözlənilməz idi. Heç kəs bu dərəcədə gözləmirdi. İnsanlar polisin təhlükəsizliyi təminat altına almasına şübhə ilə yanaşır və onlar qorxu içərisindədir. Hətta bu gün metroda da insanların sayının xeyli azaldığının şahidi olmuşuq" - deyə Fransada yaşayan azərbaycanlı jurnalist Aqil Xəlil Amerikanın Səsinə müsahibəsində bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG