Accessibility links

Avropa Məhkəməsi Aqil Xəlilin şikayətinə baxacaq


Aqil Xəlil
Aqil Xəlil

Azadlıq qəzetinin təzyiqlərə məruz qalaran müxbiri məcburən Fransaya mühacirət edib

Avropa İnsan Haqları Məhkəməsində “Azadlıq” qəzetinin təzyiqlərə məruz qalaraq məcburən Fransaya mühacirət etmiş əməkdaşı Aqil Xəlilin şikayətlərinin araşdırması davam edir. Beynəlxalq məhkəmənin jurnalistin şikayətləri ilə bağlı sorğularını Azərbaycan hökumət cavablandırıb. Bu barədə Media Hüququ İnstitutu (MHİ) məlumat yayıb.
Avropa Məhkəməsi jurnalistin vəkillərini bildirib ki, Azərbaycan hökuməti Aqil Xəlil işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb. Məhkəmə həmçinin, jurnalistin vəkillərinə hökumətin cavabları ilə bağlı mülahizələri təqdim etmək üçün iyulun 3-dək vaxt verib.

Hökuməti tənqid edən yazıları ilə tanınan Aqil Xəlil 2008-ci ilin fevralında Bakıdakı Zeytun bağlarında peşə fəaliyyətini yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli işçilərinin hücumuna məruz qalıb. Zeytun bağlarında ağacların kəsilməsini lentə alan jurnalist vəhşicəsinə döyülüb, üz, əl, sinə, baş nahiyəsindən xəsarətlər alıb, barmağı sınıb. Bunun ardınca, jurnalist dəfələrlə ölümlə təhdid edilib, onun şikayətini araşdıran müstəntiqin işgəncələrinə, qeyri-insani rəftarına məruz qalıb, ölkədən çıxmasına qanunsuz əngəllər yaradılıb, məhkəmə qərarı olmadan mobil telefon kommunikasiyası izlənib, onun guya cinsi azlıqların nümayəndələri ilə əlaqələrinin olması barədə hökumətin nəzarətində olan telekanallarda xəbərlər yayımlayıb.

Aqil Xəlilin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edir. Vəkillərin AİHM-ə şikayətlərində qeyd olunur ki, ölkə məhkəmələri jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş yaşamaq (maddə 2), işgəncələrin qadağan olunması (maddə 3), azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6), şəxsi həyata hörmət (maddə 8), ifadə azadlığı (maddə 10), səmərəli hüquqi müdafiə vasitələri (maddə 13), hərəkət etmək azadlığı (4 Saylı Protokolun 2-ci maddəsi) hüquqlarını pozub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG