Accessibility links

Ərəb ölkələrinin iqtisadiyyat nazirləri Suriyada vəziyyəti müzakirə edir

  • Amerikanın səsi

İraq paytaxtı Bağdadda Ərəb ölkələrinin iqtisadiyyat nazirlərinin sammiti keçirilir. Müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət və digər regional məsələlər durur.

Ərəb Liqasının rəsmilərinin bildirdiyinə görə, danışıqlar zamanı region ölkələrində iqtisadi sabitliyin gücləndirilməsi, su ehtiyatlarından istifadə və ölkələr arasında turizmin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilir. Ərəb ölkələrinin nazirləri həmçinin təbii fəlakətlər zamanı fəaliyyətlərin yaxşılaşdırılması yollarını müzakirə etməyi planlaşdırır. Lakin Ərəb Liqası lidelərinin üç gün sürəcək danışıqlarında Suriyada vəziyyət əsas diqqət mərkəzindədir. Liqanı rəsmiləri arasında hökumət qüvvələri və prezident Bəşar Əl-Əsədi hakimyyətdən devirməyə çalışan üsyançılar arasında zorakılıqlara reaksiya məsələsində fikir ayrılıqları mövcuddur.

İraq paytaxtında son 20 ildə ilk dəfədir bu səviyyədə keçirilən zirvə toplantısı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilb. Sammit ABŞ silahı qüvvələrinin İraqdan çıxmasından sonra illər sürmüş zorakılıqlardan sonra ölkədə həyatın normal məcraya qayıda bilməsi imkanı kimi qiymətləndirilir.

XS
SM
MD
LG