Accessibility links

Yəmən prezidenti şiə huti yaraqlılarını İranın marianeti adlandırıb. Ərəb Liqasının Misirin Şərm-Əl Şeyx şəhərində keçirilən sammitində Əbd-Rəbbi Mənsur Hadi deyib ki, siyasi baxımdan naşı olan hutilər Yəməni dağıtmağa çalışır.

İran isə huti yaraqlılarına təlimlər və silahlarla dəstək verdiyini inkar edir.

Ərəb Liqasının toplantısı əsasən Yəmən böhranına həsr edilib.

Səudiyyə Ərəbistanı prezident Hadinin olkəni tərk etməsinə səbəb olan qarşıdurmaların həlli səylərinə rəhbərlik edir.

Beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınan Yəmən hökumətinin müdafiə koalisiyasına 5 körfəz monarxiyası da daxil edilməklə,10 ölkə qoşulub.

İkigünlük sammitdə iştirak edən BMT-nin baş katibi Ban Gi Mun Yəmən böhranının BMT-nin vasitəçiliyi ilə müzakirələr yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Misir prezidenti Əbdel Fəttah Əl-Sisi ərəb liderlərini regional təhlükələrə cavab verilməsi üçün birgə ərəb ordusunun təşkilinə çağırıb.

XS
SM
MD
LG