Accessibility links

Yasir Ərəfatın cəsədi gələn həftə eksqumasiya olunacaq


Təhqiqat Fələstinin keçmiş liderinin ölümünün səbəbini müəyyən etməyə çalışır

Fələstin rəsmiləri fələstinlilərin keçmiş lideir Yasir Ərəfatın cəsədinin gələn həftə çərşənbə axşamı günü eksqumasiya ediləcəyini bildiriblər. Ekspertlər cənab Ərəfatın ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürəcək.

Fransa prokurorları İsveçrədə fiziki laboratoriyada cənab Ərəfatın geyimində polonium radiaktiv maddənin tapıldığını elan etdikdən sonra onun ölümülə bağlı bu il təhqiqata başlayıb. Bununla belə laboratoriyanın mütəxəssisləri cənab Ərəfatın ölümünün klinik sipmtomlarının polonium nəticəsində zəhərlənmə olmadığını deyiblər.

Fələstin Muxtariyyətinin lideir və Nobel Sülh mükafatı laureatı olmuş Yasir Ərəfat 2004-cü ildə 75 yaşında Paris yaxınlığında hərbi xəstəxanada vəfat etmişdir. Cənab Ərəfat Parisə Ramallahda Fələstin idarəsinin qərargahında vəziyyəti pisləşdikdən sonra aparılmışdı. Onu müalicə edən həkimlər onun ölümünün səbəbinin müəyyən edilmədiyini demişlər.

Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat onun eksqumasiyasını dəstəkləyərək, onun cəsədinin tibbi ekspertiza keçirilməsi üçün Fələstin idarəsinin qərargahının yerləşdiyi Ramallahdakı mavzoleydən çıxarılmasına razılıq vermişdir.
XS
SM
MD
LG