Accessibility links

Fələstinli təhqiqatçılar: Yasir Ərafatın zəhərlənməsində İsrail əsas və yeganə şübhəlidir


İsveçrə alimlərinin Yasir Ərəfatın radio-aktiv maddə ilə zəhərləndiyini deməsindən sonra fələstinli müstəntiq Taufik Tiravi bildirib ki, cənab Ərafatın ölümündə yalnız bir şübhəli var, o da İsraildir. Keçən həftənin çümə günü Ramallahda jurnalistlərlə görüşü zamanı cənab Tiravi Yasir Ərafatın ölümünü XXI əsrin cinayəti adlandıraraq, istintaqın davam etdirildiyini bildirib.

Cənab Ərafatın cəsədi üzərində təhqiqat aparan isveçrəli tibbi ekspertiza mütəxəssislərinin cəsəddə radioaktiv polonium maddəsinin aşkar edildiyini bildirməsi Fələstin liderinin zəhərləndirildiyi fikrinə dəstək olaraq qəbul edilir.

İsveçrdə ekspertizanın keçirildiyi laboratoriya cənab Ərafatın ölümünün səbəbini təsdiq edə bilməsə də, cəsədin qalıqları və onun geyimində yüksək səviyyədə radio-aktiv polonium maddəsinin aşkar edilməsinin təsadüfi hal olmadağını bildirib.

Fələstin rəsmiləri uzun müddətdir ki, cənab Ərafatın İsrail tərəfindən zəhərlədiyini iddia edirdi. İsrail isə əvvəllər də olduğu kimi, cümə axşamı bir daha cənab Ərafatın ölümündə əli olmadığı barədə bəyanatla çıxış edib.

Fransa və Rusiya ekspertləri də 2012-ci ildə cənab Ərafatın cəsədindən nümunələr götürmüşdü. Moskva cəsəddən götürülən nümunələrdə poloniumun aşkar edilmədiyini bildirmiş, Fransa ekspertləri isə hələ də nəticələri açıqlamayıblar.

2004-cü ilin oktyabr ayında xəstələnən cənab Ərafat Yaxın Şərq həkimləri tərəfindən müalicə edilə bilmədikdən sonra Fransaya aparılıb və noyabr ayının əvvəllərində komaya düşərək vəfat etmişdi. Bundan sonra cənab Ərafatın həyat yoldaşı Suha Ərəfat Fələstin liderlərini ədaləti bərpa etməyə çağırmışdı.

Hazırda Qətərda olan cənab Ərafatın həyat yoldaşı Suha Ərəfat Associated Press-ə verdiyi müsahibədə deyib ki, yalnız nüvə qabiliyyətinə malik ölkələrin polonium əldə etmək imkanı var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG