Accessibility links

Tibbi ekspertiza: Yasir Ərəfatın sümüklərində yüksək səviyyədə polonium aşkar edilib [Yenilənib]


İsveçrənin məhkəmə tibbi ekspertizası fələstinlilərin sabiq lideri Yasir Ərəfatın cəsədindən götürülən nümunələrdə yüksək dərəcədə radioaktiv polonium-210 maddəsi aşkar edib.

İsveçrədə Lozanna universitetinin alimlərinin hazırladığı və Əl-Cəzirə və başqa media şirkətlərinə göstərilmiş 108 səhifədən ibarət hesabatda Ərəfatın qabırğa və çanaq sümükləri, habelə cəsədin qoyulduğu torpaqda yüksək dərəcədə polonium aşkar edildiyi bildirilir.

2012-ci ildə Fransa ilə Rusiyanın tibbi ekspertləri də Ərəfatın cəsədindən nümunələr götürüb. Moskva müayinə zamanı polonium izləri aşkar etmədiyini deyib. Fransa isə nəticələr barədə məlumatı hələlik açıqlamayıb.

Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat Reuters agentliyinə “əsl cinayətin” üstünün açıldığını deyib. O, həyat yoldaşının 2004-cü ildə ölümünü “siyasi qətl” adlandırıb.
XS
SM
MD
LG