Accessibility links

Aralıq dənizində 700 miqrantla aşan gəminin qalıqları çıxarılır


지중해에서 구조된 이민자들
지중해에서 구조된 이민자들

İtaliya Dəniz Qüvvələri Afrikadan olan 700 miqrantı daşıyan gəminin qalıqlarını sudan çıxarmağa çalışır. Gəmi 2015-ci ilin aprelində İtaliyanın Lampedusa adasından 193 kilometr cənubda batıb. O zaman yaxınşalan başqa bir gəmini görən miqrantlar bir tərəfə toplaşmış və gəminin aşmasına səbəb olmuşdu.

100 nəfərdən çox insanın cəsədi aşkar edilsə də, çox saylı insanın gəminin kapitan otağında ilişib qaldığı iddia edilir.

Gəmidən yalnız 28 nəfərin xilas olduğu bildirilir.

Bu faciə Avropa Birliyini Aralıq dənizində daha çox axtarış və xilasetmə missiyası həyata keçirməyə vadar etmişdi.

İtaliyalı rəsmilər deyir ki, onlar ötən həftə dənizdən 7000 miqrantı xilas edib.

2016-cı ildə Avropaya dəniz vasitəsilə keçən 200 min miqrantdan 2888-i dünyasını dəyişib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, miqrantların çoxu Eritreya, Nigeriya, Somali və Qambiyadan gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG