Accessibility links

Aralıq dənizində 1000-ə yaxın miqrant xilas edilib


İtaliyanın sahil keşikçiləri Aralıq dənizində 1000-ə yaxın miqrantı xilas edib. Bir nəfərin cəsədi aşkar edilib.

Rəsmilərin bildirdiyinə görə, miqrantlar 6-sı şişirilmiş, 3 isə taxta qayıqlardan xilas edilib.

Sahil keşikçiləri onların Sisiliya sahillərinə çatdırıldığını bildirib.

Afrika və Yaxın Şərq ölkələrindən miqrantlar Liviyadan yola çıxaraq Avropaya keçməyə çalışır.

Ötən il 180 min insan İtaliyaya çatıb. BMT Aralıq dənizində 5 mindən artıq insanın boğulduğunu bildirir.

XS
SM
MD
LG