Accessibility links

Aralıq dənizində batmış qayıqdan onlarla mühacirin cəsədi çıxarılıb


Misirin xilasetmə işçiləri Aralıq dənizi sahilində onlarla mühacirin cəsədini batmış balıqçı qayığından çıxarıb. Bununla da sentyabrın 21-də baş vermiş faciədə ölənlərin sayı 200-ə çatıb.

Xilasetmə dəstəsi qayıq suyun palçıqlı dibindən çıxarıldıqdan sonra onun içindəki insanların cəsədlərini çıxara bilib.

Sahildə olan fövqəladə hallar üzrə rəsmilər qayıqda artıq heç bir cəsədin qalmadığını bildirib.

Batan zaman qayıqda çox sayda qadın və uşaqlar da daxil olmaqla təxminən 450-dən 600-ə qədər mühacirin olduğu deyilir. Qayığın Avropaya istiqamət aldığı deyilir.

Hərbçilər kimlikləri müəyyən edilən hadisə qurbanlarının əksəriyyətinin Nil deltasından Misir vətəndaşları olduqlarını bildirib. Onların əksəriyyəti Avropada daha yaxşı həyat axtarışında olan yeniyetmələr olub.

Lakin yerli mənbələrdən əldə edilən məlumatlarda batan qayıqda Afrikanın bir neçə bölgəsindən və Suriyadan da insanların olduğu deyilir.

Yerli polis bazar ertəsi qayığın sahibini həbs edib. O, insan alveri və qeyri-ehtiyatsızlıqdan qətl törətməkdə təqsirləndirilə bilər.

XS
SM
MD
LG