Accessibility links

Ərəb-amerikalıların prezident seçkilərinin nəticələrinə təsiri böyük ola bilər [Video]


Ərəb-amerikalılar ABŞ seçkilərində səs verir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Ərəb-amerikalılar ABŞ seçkilərində səs verir

ABŞ seçkilərində ərəb-amerikalılar seçicilərin 0.5 faizini təşkil etsə də, Miçiqan ştatında yaşayan ərəblər seçkilərin nəticələrinə böyük təsir edə bilər.

İmam Həsən Qəzvini vətəni İraqda hökumətin dinc təhvili prosesinin şahidi ola bilməyib. O, belə bir təcrübəni Amerikada yaşayıb. “Bura gəlib hakimiyyətin prezidentdən prezidentə keçdiyini gördükdə, bu, mənə təəccüblü və ümidverici gəlmişdi.”

Bu ümid bir çoxlarını müharibədən sarsılmış və qeyri-sabit ölkələrdən ABŞ-a üz tumağa vadar edib. İmam Qəzvini hazırda Miçiqan ştatında İslam Mərkəzinə rəhbərlik edir. Bu ştatda müsəlmanların sayı artmaqdadır. Bu artım seçkilərə də öz töhfəsini verir. “Məncə qarşıdan gələn seçkilərdə ərəb və müsəlman amerikalılar daha fəal iştirak edəcək.”

Fəallığa Raşid Elabed kimi insanların yardımı yol açır. Ərəb icmasının İqtisadi və Sosial Xidmətlər Təşkilatının rəhbəri Raşid yeni vətəndaşları seçki qeydiyyatından keçirir. O, yeni mühacirlərə seçki prosesini başa salmağın asan olmadığını etiraf edir. “Onlar ifadə, səsvermə hüququna malik olduqlarını başa düşə bilmir. Onlar bu cəmiyyətdə təzə olduqları üçün qorxu hissi keçirir. Nə edəcəkləri, haradan məlumat alacaqlarını bilmirlər.”

Məlumatı ərəbdilli xəbər agentliyindən almaq mümkündür. Publisist Üsamə Siblani.“Biz diktatorların idarə etdiyi ölkələrdən gəlmişik. Burada insanların demokratiya ideyasına alışmaq üçün vaxta ehtiyacı var.”

İmam Qəzvini Prezident Obamanın seçkilərdə dəstəkləndiyini deyir. “Ərəb-amerikalıların seçimi Obamadır. Onlar prezidenti məqsədəuyğun namizəd hesab edir.”

Obama işsizliyin yüksək olduğu bir vaxt Amerika prezidentidir. Miçiqan ştatında bu göstərici daha yüksəkdir. “Ərəb-amerikalılar da daxil edilməklə, seçicilər üçün iş məsələsi əsas faktor olduğuna görə səsvermə zamanı da buna üstünlük veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG