Accessibility links

Araşdırma: Əl-Qaidə ilə İŞİD-in Avropadakı şəbəkələri arasında birbaşa əlaqə var [Video]


Araşdırma: Əl-Qaidə ilə İŞİD-in Avropadakı şəbəkələri arasında birbaşa əlaqə var
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Araşdırma: Əl-Qaidə ilə İŞİD-in Avropadakı şəbəkələri arasında birbaşa əlaqə var

Yeni hesabata görə, Əl-Qaidənin son on ildəki terror şəbəkələri ilə son aylarda Avropada ardıcıl hücumlar həyata keçirən İŞİD-ə bağlı terror şəbəkələri arasında birbaşa əlaqə var. Londonda mənzillənən Henri Cekson Cəmiyyəti analitik qrupunun yeni araşdırması insanların bu qruplara qoşulmasının qarşısını almaq üçün daha ciddi nəzarətə çağırır.

Yeni araşdırma 2000-ci illərin əvvəllərində NATO-nun Əfqanıstana hərbi müdaxiləsi dövrü Avropadakı Əl-Qaidəyə bağlı terror şəbəkələri, eləcə də Paris və Brüssel hücumlarının məsuliyyətini öz üzərinə götürən hazırki İŞİD-ə bağlı şəbəkələrə nəzər salıb.

Tədqiqatçılar deyir ki, zaman və adlar eyni olub.

"Əvvəllər Əl-Qaidənin fəaliyyətlərinə görə ittiham olunan fərdlərin residivizmini belə izah edə bilərik ki, onlar az qala Pari və Brüssel hücumlarını həyata keçirənlərin təlimində və ərsəyə gəlməsində rol oynayıblar" - Henri Cekson Cəmiyyətindən Ruport Sutton bildirir.

Bu fərdlərə 2015-ci ilin noyabrında törədilmiş Paris hücumunun baş kordinatoru Abdülhəmid Abaud və bomba hazırlayan şəbəkələrdən birinin rəhbəri Nacim Laaçraui daxildir. Sonuncu mart ayında Brüsseldə intiharçı hücumu həyata keçirmişdi.

Ruport Sutton: "Onların Əl-Qaidə fəaliyyətlərinə görə əvvəllər ittiham olunmuş şəxslərlə və hətta çoxlarına ata rolu oynamış Xalid Zerkani ilə əlaqələri var. O, “Papa Noel” kimi tanınır.

Keçmiş Əl-Qaidə şəbəkəsinin yaşlı üzvləri döyüşmək üçün ötən onillikdə Əfqanıstana səfər etmişdi və Suriyadakı vətəndaş müharibəsi cihadçı döyüşçülərin mübarizə meydanına çevrildikcə öz biliklərini Avropadakı miras terror şəbəkələrinə ötürmüşdülər.

Ruport Sutton: "Onlara bomba hazırlanması və şəbəkələrin təşkilinin öyrədilməsi ilə yanaşı, treyninqlər keçmək, döyüş təcrübəsi əldə etmək üçün münaqişə zonalarına necə səfər etməyin yolları da izah edilib. Bu zonalarda onlar ideyalarını formalaşdıra və hücumlarını təşkil edə bilirlər".

Hesabatın müəllifləri deyir ki, döyüş təcrübəsi çox mühümdür. Belə ki, Avropada törədilən İŞİD-ə bağlı ən faciəvi hücumları Suriyada ön cəbhədən qayıdan Avropa vətəndaşları planlaşdırıb. Ancaq bu şəxslər çox vaxt kəşfiyyat radarından kənarda qalırlar.

Hesabat müəllifləri deyir ki, şəbəkələr arasındakı əlaqə həbsxanalarda radikallaşmanın qarşısının alınması səylərinin artırılmalı olmasını göstərir.

XS
SM
MD
LG