Accessibility links

Ərdəbil ərazisində Gilan lövhəsinin quraşdırılması etirazlara səbəb olub [Video]


Ərdəbil vilayətinin şərqində yerləşən "Heyran gədiyi"-ndə Gilan vilayətinin lövhəsinin quraşdırılması xalqın etirazına səbəb olub.

Astara-Ərdəbil yolu üzərində Ağ Çay - Heyran Gədiyi arası inzibati baxımından Ərdəbil vilayətinə bağlıdır.

Son günlərdə Gilan vilayətinin tərkibində olan Astara şəhər məsulları yol üzərində “Gilan vilayətinin Astara şəhərinə xoş gəlmisiniz” lövhələrini quraşdırması Ərdəbil xalqı və Ərdəbil millət vəkili, habelə yerli qəzetlərin etirazina səbəb olub.

Pəyam - Ərdəbil

Pəyam - Ərdəbil

Ərdəbil millət vəkili Kəmaləddin Pirmüəzzin bildirib ki, Astara – Ərdəbil yolunun Gilan əyalətinə verilməsi açıq yalandır. Adı çəkilən lövhələr Ərdəbil xalqının qəzəbinə səbəb olduğu üçün dərhal götürülməlidir.

Gilan rəsmilərinin Ərdəbil ərazisində lövhə quraşdırmasına Azərbaycan milli fəalları da sərt etiraz bildiriblər.

Ərdəbil milli fəalları adı çəkilən lövhələri rəngləyərək yerində “Ərdəbil” və “Azərbaycan” sözləri yazıblar.



XS
SM
MD
LG