Accessibility links

ARDNŞ DESFA şirkətinin səhmlərinin 66%-nin alınması üçün təklif verib

Yunanıstanın özəlləşdirmə agentliyi HRADF məlumat verib ki, Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) iyunun 10-da Yunanıstanın dövlətinin DESFA şirkətinin səhmlərinin 66%-nin alınması üçün təklif verib, deyə RİA Novosti agentliyi bildirir.

"HRADF Direktorlar Şurası növbəti iclasında maliyyə və hüquq ekspertlərinin təvsiyələri əsasında ARDNŞ-nin təklifləri barədə qərar qəbul edəcək, sonra maliyyə təklifinin icrası başlanacaq", - deyə ress-relizdə bildirilir.

HRADF dövlət qaz korporasiyası DEPA barədə heç bir təklif almayıb. HRADF DEPA səhmlərinin 35%-ə malik Hellenic Petroleum şirkəti ilə tez bir zamanda bütün mümkün qərarları qiymətləndirəcək, deyə özəlləşdirmə agentliyi məlumat verir.

DEPA və DESFA-nın satışı Yunanıstanın özəlləşdirmə proqramının əsas bəndlərindən biridir. Ölkə onların satışından 1,5 mlrd avro əldə etmək istəyir. Amma məlum olub ki, əsas iddiaçı "Qazprom" öhdəlik gətirən təklif verməyib. "Qazprom" əqdin başa çatmasına kimi DEPA-nın maliyyə vəziyyətinin pisləşməməsi barədə zəmanət almayıb. Bu isə qiymətə təsir edən riskdir.

DEPA-nı almağa Yunanıstanın M&M Gas (Mitilineos və Kopeluzos un birgə qrupu) konsorsiumu da iddia edirdi. Amma o da öhdəlik gətirən təklif verməyib. DESFA alınması müsabiqəsindən “Sintez” qrupuna daxil "Nequsneft" və Yunanıstanın GEK Terna S.A şirkəti imtina edib. Yunanıstanın hakimiyyəti bəyan edib ki, "Qazprom" arzu etsə, DEPA-nın satışı müsabiqəsində iştirajk edə bilər.
XS
SM
MD
LG