Accessibility links

ARDNŞ Yunanıstanın DESFA qaz paylayıcı şirkətinin səhmlərini alıb


DESFA

DESFA

Dekabrın 17-də səhmlərin əldə edilməsi ilə bağlı saziş imzalanacaq

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dekabrın 17-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) ilə DESFA qaz paylayıcı şirkətinin səhmlərinin 66%-nin əldə edilməsi barədə saziş imzalayacaq.
Sənəd Yunanıstanın baş naziri Antonis Samarasın başçılığı ilə hökumət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

Yunanıstanın nümayəndə heyətinin tərkibinə energetika naziri, həmçinin HRADF prezidenti də daxildir.

HRADF 31 iyulda ARDNŞ-nin DESFA qaz paylayıcı şirkətinin səhmlərinin 66%-i alması üzrə əqdi təsdiq edib.

ARDNŞ Yunanıstan hökumtəindən 31%, Hellenic Petroleum SA şirkətindən 35% səhm alacaq.

DESFA-da nəzarətin ARDNŞ-ə keçməsinə qədər səhm paketinə HRADF nəzarət edirdi.
Xatırladaq ki, 17 dekabrda Bakıda “Şahdəniz”in “Mərhələ 2” layihəsinin təsdiqi mərasimi keçiriləcək, həmçinin ТАР qaz kəmərinin maliyyələşməsi sənədi imzalanacaq.

Bu tədbirdə İtaliya, Albaniya, Yunanıstan, Bolqarıstan, Böyük Britaniyadan hökumət nümayəndələri, Aİ-nin enerji üzrə avrokomissarı Ettinger Bakıya gələcək.
XS
SM
MD
LG