Accessibility links

ARDNŞ ilə DESFA qazpaylayıcı şirkəti arasında sazişin imzalanması baş tutmayıb


DESFA şirkəti

DESFA şirkəti

Rusiyanın “Qazprom” şirkəti 16 dekabrda DEPA-nı DESFA ilə birgə almaq təklifi irəli sürüb

Dekabrın 17-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın DESFA qazpaylayıcı şirkəti arasında saziş imzalanması pozulub.

Turan agentliyi bildirir ki, formal olaraq sazişin pozulması baş nazir Antonis Samarasın başçılığı ilə Yunanıstanın nümayəndə heyətinin olduğu təyyarənin texniki səbələrdən Bakıya uça bilməməsi nəticəsində pozulub. Təyyarə 16 dekabrda Afinadan uçub, amma nasazlıq üzündən yerə enməli olub, deyə Yunanıstan mediası bildirir. Başqa təyyarə tapılmayıb.

Amma dekabrın 17-də məlum olub ki, Rusiyanın “Qazprom” şirkəti 16 dekabrda DEPA-nı DESFA ilə birgə almaq təklifi irəli sürüb, deyə Ekathimerini qəzeti yazır.
DEPA-nın özəlləşdirilməsi sonraya saxlanılacaq, deyə həmin gün Yunanıstanın Özəlləşdirmə Agentliyinin (HRADF) rəhbəri Konstantinos Maniatopoulos Röyter-ə bildirib.

"Rusiya bəyan edib ki, ona yeni tender maraqlı olardı. Baxaq”, deyə o bildirib.
"Amma bir namizədlə bu prosenduru yeni tender adlandırmaq çətindir”, Maniatopoulos bildirib.

Bu ilin iyununda 5 şirkət DEPA və onun törəməsi DESFA-nı almaq üçün müraciət edib. Beş iştirakçıdan DESFA-nın 66%-i üçün müraciət ARDNŞ-dən olub. DEPA üçün heç kəs öhdəlikli sifariş verməyib, deyə Yunanıstanın Özəlləşdirmə Agentliyi bildirir.
Müsabiqə yenidən, 10 iyunda elan ediləcək, deyə Yunanıstanın energetika naziri Makis Papgeorgiu bildirib.

“İnanırıq ki, növbəti mərhələ daha əlverişli şəraitdə, dah geniş iştirakla olacaq, çünki Yunanıstanın avrozonadan çıxmaq təhlükəsi yoxdur”, - deyə «Praym» Capital.gr-a istinadla onun sözlərini verib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bu məsələni həll edilmiş sayır, qeyd edir ki, sazişə hazırlıq proseduru başlayır.

Raiffeisenbank analitiki Polişşuk bildirib ki, tenderdə iştirak etməmək qərarını “Qazprom” siyasi səbəblərdən qəbul edib.

“Avropa İttifaqı və ABŞ “Qazprom”un təsir dairəsinin genişlənməsindən qorxur. Yunanıstan Aİ-nin bu mövqeyini rədd edə bilmədi, hərçənd Afina üçün “Qazprom”un təklifi çox sərfəli idi və başqa sifarişlərdən iki dəfə yüksək idi”. DEPA-nın aktivləri 1 mlrd, DESFA-nınkı 500 mln avro qiymətləndirilir.

Sazişin pozulması və “Qazprom” ilə danışıqların başlanması həm də onu göstərir ki, Aİ “Qazprom”un Yunanıstanın qaz bazarında iştirakına razılıq verib.
XS
SM
MD
LG