Accessibility links

ARDNŞ Yunanıstanın DESPA şirkətinin alınması şərtlərinin yoxlanılmasına münasibət bildirib


DESFA

DESFA

DPA agentliyinin məlumatına görə Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın DESFA qaz-nəqliyyat şirkətinin payını alması şərtlərini öyrənir.

Belə ki, Avropa Komissiyası DESFA-nın hissələrinin satışının qanuniliyini şübhə altına alıb. Noyabrın 5-də Avropa İttifaqının antiinhisar qurumu bildirib ki, sövdələşmə ilə bağlı müvafiq yoxlamalar başlayıb. Avropalı məmurlar ehtiyat edirlər ki, Yunanıstanın qaz bazarında rəqabət azala bilər. Qurum 2015-ci il martın sonlarında qərar qəbul etməlidir, DPA agentliyi bildirir.

Xatırladaq ki, ARDNŞ DESFA şirkətinin səhmlərinin üçdə iki hissəsini 400 milyon avroya almaq niyyətindədir. Sövdələşmə 3500 kilometrlik Transadriatik qaz kəmərinin inşası layihəsi ilə bağlıdır.

Öz növbəsində Azərbaycana Dövlət Şirkətinin mətbuat xidməti bildirir ki, ARDNŞ tərəfindən Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nın alınması barədə Avropa Birliyi antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.

Xəbərdə deyilir ki, II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.
ARDNŞ Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.

XS
SM
MD
LG