Accessibility links

Arena səhnəsi Amerika teatrının səhnələşdirmə, inkişaf və əsas etüd mərkəzidir


Arena səhnəsi Amerika teatrının səhnələşdirmə, inkişaf və əsas etüd mərkəzidir

Arena səhnəsi Amerika teatrının səhnələşdirmə, inkişaf və əsas etüd mərkəzidir

Aylarla davam edən modernləşdirmə fəaliyyətləri nəticəsində demək olar yenidən tikilən səhnə son 60 ildə olduğu kimi bundan sonrada həm tamaşaları və həm də görkəmli memarlıq xüsusiyyətlərinə görə Vaşintnonun ən qiymətli incəsənət ikonlarından biri olur.

Paytaxt Vaşınqtonun Arena səhnəsi Amerika teatrının səhnələşdirmə, inkişaf və əsas etüd mərkəzidir. Onun fəaliyyətləri arasında gəncləri teatra maraqlandırmaq üçün bir sıra məlumat-təbliğat proqramları var. Bu bir mahnı, rəqs və drama gecəsi idi. Arena səhnəsinin hər il Vaşınqtonda 20 mindən çox gəncin izlədiyi məlumat-təbliğat proqramları ABŞ-da ən yaxşı incəsənət-inteqrasiya proqramı arasındadır.1950-ci ildə yaradılandan bəri Arena səhnəsi hər il 200 mindən çox tamaşaçı toplaya bilir. Teatrın bədii rəhbər Anita Maynard-Loş deyir ki, onun ictimayyəti cəlb etmə cəhdləri bir neçə proqramı əhatə edir. Proqram məktəb uşaqlarını teatr haqqda məlumatlandırır. Anita Maynard-Loş: Bizim məktəbdən sonra proqramlarımız da var. Bizim məktəbdə yerimiz var. Bizim ictimai təşkilatlarla bərabər həyata keçirdiyimiz proqramlar da var. Məsələn, pediatriya HİV, QİÇS-lə mübarizə proqramlarını göstərmək olar. Biz uşaqlar və ailə xidmətləri ilə birlikdə imkanı olmayan tələbələrin teatr üsullarından istifadə edərək həyatlarında müsbət dəyişiklik etməyə çalışırıq. Arena teatrının yay düşərgələri, Moving Stories adlı ədəbi proqram və Voices of Now adlı məktəbdən sonra proqramı da var. Voices of Now Vaşınqtonun bir hissəsində başlayıb və indi şəhərin başqa hissələrinədə yayılmaqdadır. Proqramlarda iştirak edən uşaqlar onlar vasitəsilə həyat təcrübəsi əldə etdiklərini deyirlər. Konqresmen Norman Diks incəsənət proqramlarını dəstəkləyir. O, mədəniyyət sahəsində gördüyü işlərə görə American Voice adlı mükafata layiq görülüb. O qeyd edir ki, konqres bu yaxınlarda qeyri-kommersiya və incəsənət təşkilatlarına 50 miyon dollar pul ayırıb. Konqresmenin sözlərinə görə, incəsənət sahəsini maliyyələşdirmək başqa faydalı cəhətlərilə yanaşı yeni iş yerlərinin açılmasına da kömək edə bilər. Norman Diks: İncəsənətə aludə olmaq və onunla maraqlanmaq insanın ruhuna öz müsbət təsirini göstərir. Bu tək insana şəfa tapmaq deyil, həm də ona geniş potensialını görməyə kömək edir. Elianor Holms Norton Vaşınqtonun Konqresdə səs hüququ olmayan nümayəndəsidir. O deyir ki, incəsənət siyasi və sosial cəhətlərə görə bölünmələrə üstün gələ bilər, siyasət isə yox. Cəmi bir fəsildə Arena teatrının proqramları dram sənəti üzrə tələbə və müəllimlər üçün 1350-dən çox seminarlar keçir və teatrda çıxış etmək üçün 900-dən çox tələbə hazırlayır.

XS
SM
MD
LG