Accessibility links

Argentinada vertolyot qəzası zamanı Olimpiya çempionları həlak olub


Argentinada aparılan çəkilişlər zamanı üç Fransa çempionu daxil olmaqla, 10 nəfər həlak olub.

Rəsmilərin bildirdiyinə görə, iki vertolyot bazar ertəsi "Dropped" adlı Avropa "Survavor" şousunun çəkilişi zamanı toqquşub. 10 nəfərin sərnişinin həlak olduğu vertolyotlar Andres dağları yaxınlığında, La-Rioka vilayətində qəzaya uğrayıb.

Qəza zamanı ölənlər arasında üç Fransa Olimpiya çempionu-üzgüçü Kamil Miffa və boksçu Aleksis Vastin, eləcə də dünya çempionu, dənizçi Florens Artoi olub.

Hadisə ilə bağlı bəyanatla çıxış edən Fransa prezidenti Fransua Olland dərin kədər hissi keçirdiyini deyib.

Vertolyot qəzasında həlak olan 25 yaşlı Miffa 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları zamanı qızıl, gümüş və bürünc medallara, 28 yaşlı Vastin isə 2008-ci ildə Pekində bürünc medala layiq görülmüşdü. Florens Artoi dünya üzrə ən yaxşı dənizçi adını almışdı.

Qəzada həlak olan səkkiz sərnişin fransız, pilotlar isə argentinalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG