Accessibility links

Həşaratöldürən maddələr vəhşi arılara ziyan vurur [Video]


Həşaratöldürən maddələr vəhşi arılara ziyan vurur
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Vəhşi arılar Birləşmiş Ştatlarda və Avropada getdikçə azalırlar. İsveçdə yerləşən Lund universitetinin təhqiqatçısı Maj Rundlof deyir ki, bu pis xəbərdir.

Maj Rundlof: "Arılar bitki tozlarını daşıyan heyvanlardır və vəhşi arılar indi düşünüldüyündən daha çox əhəmiyyət daşıyır."

Niohnikohtinoyds adlanan həşaratöldürən maddənin toxumları zəhərləməsi arıların azalmasına səbəb olur.

Toxumlar böyüyərək bitkiyə çevrildikdə onu yeyən həşaratlar ölür. Həmin bitkiləri yeməyən həşaratlar isə bundan təsirlənmir.

Ancaq arılar məhz bu bitkinin nektarını içir və bitki tozlarını toplayır.

Bunların vəhşi arılar üzərində təsirləri diskussiyalara yol açıb.

Beləliklə rundlof və onun həmkarları kanola tarlalarında arılar üzərində tədqiqat aparıblar.

Maj Rundlof: "Bizim əldə etdiyimiz nəticə çox dramatikdir. Vəhşi arılar bizim nəzarət etdiyimiz ərazinin xaricində böyümürlər."

Niohnikohtinoydsa məruz qalmış tarlanın yanındakı zərər görməmiş tarladan qidalanan nümunə arı bir vaxtdan sonra yoxa çıxıb.

Ümumən götürdükdə zərər görməmiş tarlada kvardratmetrə düşən arı sayısı, Nionikotinoydsa məruz qalan tarladakı arıların sayından iki dəfə çoxdur.

Dennis Vanengelsdorp: "Vəhşi arılar üzərində təsirin nəticəsi olduqça təəccüb doğurucudur."

Dennis vanEngelsdorp Maryland Universitetindəndir və tədqiqatda iştirak etməyib.

O deyir ki, tədqiqatın nəticəsindən alınan yeganə yaxşı xəbər Niohnikohtinoydsin bal arılarına təsir göstərməməsidir.

Dennis Van: "Bal arıları zəhərli bitkiləri ayıd etmə sistemlərinə malikdir. Ancaq bu tədqiqat bizə tövsiyə edir ki, bal arılarının bu xüsusiyyətini digərlərinə şamil etməyək."

Avropa İttifaqının Niohnikohtinoyds maddəsinə iki il qadağa qoymalarına baxmayaraq, vanEngelsdorp deyir ki, onlardan əldə olunan məhsullar ən təhlükəsizdir.

Qadağa qoymaqdansa, düşünürəm ki, biz geriyə dönüb təməl prinsiplərə diqqət yetirib və bu maddəni bizə lazım olduğu halda işlətmək kimi məntiqli həll yolu tapmalıyıq.

Yoxsa, o deyir ki, fermerlər heyvanlara kömək etmək istədikləri halda onlara xətər yetirəcək.

XS
SM
MD
LG