Accessibility links

Elm

Qışda sağ qala biləcək arılar [Video]


İsti bir yay günüdür, bu isə günün arı koloniyaları üçün çox məşğul keçəcəyi deməkdir…çünki işçi arılar qida zəncirində böyük rol oynayırlar.

“Gördüyünüz bütün ağaclar toxumdan əmələ gəlir. O toxum güldən yetişdirilib ki, o gül də arı tərəfindən tozlanıb. Arılar olmasa idi, ağaclar olmayacaqdı, çiçəklər olmayacaqdı, meyvə-tərəvəzlər olmayacaqdı, ya da bir sözlə insanların ehtiyacı olduğu ərzaqların üçdə biri olmayacaq.”

Ancaq arıların üçdə biri yoxa çıxır. Ekspertlərin dediyinə görə, buna səbəb iqlim dəyişikliyi, parazitlər, pestisidlər və əkinçilik əməlləridir. Virciniyalı arıçı Billi Deyvis onlara yaşamağa kömək etməyə qərarlıdır.

Biz özümüz özümüzün xilaskarıyıq, kimyəvi şirkətlər və ya professorlar deyil. Onlar vacib olan araşdırmanı aparır, amma arıları çoxaltmaq arıçıların işi olacaq.

Blue Ridge dağlarının ətəyində Deyvisin qeyri-hökümət təşkilatı arı fermasını idarə edir. Bütün dünyadan arıçılar oraya gəlib könüllü kimi işləyirlər və yeni təcrübələr qazanırlar.

“Burada əsas məqsəd özlərinə daha yaxşı baxacaq arılar yetişdirməkdir.

Sağ qalmağın əsas cəhəti “gigiyenik davranış”dır. Bu xəstəlikli arıları aşkar edib koloniyadan çıxarmaqdır. Arıçılar bunu maye azotdan istifadə edərək test edirlər.

“Biz 100 yumurtanı dondururuq. 24 saat sonra gəlib işçilərin bu yumurtaların neçə faizi çıxardıqlarını yoxlayırıq. Gigiyenlik faizi 95-100 faizi olan ana arılar çox gözəldir.”

Onlar proqramın yetişdirdiyi və yerli arıçılarla bölüşdüyü ən güclü ana arılardır.

“Bu gün biz ana arıların yumurta salmaları üçün kifayət qədər yerin olduğuna və onların artıq qışda yumurtaları saxlamaq üçün yer hazırladıqlarına əmin olmaq üçün arı pətəklərini inspeksiya edirik.”

“Biz hər bir arı pətəyi ilə bağlı məlumatı qeydə alırıq. Bu məlumatların kompeniumu uzun zaman davam edir. Beləliklə biz pətəklərin hər birinin genetikası və davamlılığı barədə məlumat əldə edə bilərik.”

Könülllülərə təlim keçmək isə ilk addımdır. Gələcək addımlar onların geri dönüb öyrəndiklərini həyata tətbiq edərək, qonşuları ilə bölüşdüklərində bəlli olacaq.

XS
SM
MD
LG