Accessibility links

Arıf Hacılı: "Bu seçkilər nəticəsində parlament legitim ola bilməz" [Audio]


Müsavat Partiyasının başqanı Amerikanın Səsinə açıqlama verib.

Bu gün Azərbaycanda keçirilən parlament seçkiləri başa çatmaq üzrədir. Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə verdiyi qısa müsahibədə bu gün seçkiləri qeyri-azad keçirildiyini bildirib. O, bu seçkilər nəticəsində yaranmış parlamentin legitim ola bilməyəcəyini deyib.

please wait

No media source currently available

0:00 0:01:55 0:00
Direct link

"Keçirilən parlament seçkiləri ərəfəsində ölkədə müvafiq şərait mövcud deyildi. Azərbaycanda 100-dək siyasi məhbus var ki, onların da əksəriyyəti beynəlxalq qurumlar tərəfindən vicdan məhbusu elan olunub. Ölkədə normal siyasi rəqabət şəraiti mövcud deyil və belə bir şəraitdə təbii ki, seçkilərin demokratik keçirilməsi əvvəlcədən şübhə altında idi. Seçkilərin demokratik keçirilməsi üçün müvafiq qanunvericilik bazası da mövcud deyil. Təəssüf ki, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır. Ona görə seçki günündə hər hansı gözlənilməz hadisə baş vermədi. Müsavat Partiyası da seçkilərdən çıxdıqdan sonra seçkilər ümumiyyətlə alternativsiz olaraq keçirildi. Bu məqamda da hakimiyyət dairələri xüsusilə iştirak faizini artırmaq məqsədilə çoxsaylı saxtakarlıqlara və qanun pozuntularına yol verdilər. Müşahidəçilər təzyiqə məruz qaldı. Bir çox məntəqələrdə toplu halında bülletenlərin seçki qutularına atılması halları qeydə alındı. Çoxlu videolar, müşahidəçilərin pozuntular barədə məlumatları paylaşılıb. Müsavat Partiyası olaraq biz 6 press-relizdə bu gün baş verən seçki pozuntuları haqqında məlumat verdik. Bütövlükdə keçirilən seçkilər azad və ədalətli seçkilər deyil. Bu seçkilər nəticəsində yaranmış parlament Azərbaycanın qanunverici orqanı olaraq legitim ola bilməz. Bu seçkilər Azərbaycan xalqının azad iradəsinin əks etdirmir. Ona görə də bilirsiniz ki, Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar seçkilərin keçirilməsi tələbini irəli sürüb. Sabah günün birinci yarısında Müsavat Partiyası seçkilərlə bağlı öz ilkin rəyini ictimaiyyət üçün açıqlayacaq".

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG