Accessibility links

Arif Hacılı: "Cəmiyyətdə narazılıq pik həddə çatıb." [Video]


Arif Hacılı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Arif Hacılı ilə müsahibə

ABŞ paytaxtı Vaşinqtona səfərdə olan Müsavat Partiyası başqanının mavini Arif Hacılı Amerikanın Səsinə müsahibə verib. Kapitoli qarşısında Amerikanın Səsi ilə danışan cənab Hacılı müxalifətin seçki planları və Azərbaycandakı siyasi atmosfer haqda sualları cavablandırıb.

“Mən buraya demokratiyanın inkişafı məsələləri ilə məşğul olan təşkilatların dəvəti ilə gəlmişəm,” deyə Arif Hacılı səfərin mahiyyəti barədə məlumat verdi. O, qeyd etdi ki, Vaşinqtonda aparılan fikir mübadilələri Azərbaycanda demokratik atmosferin yaranmasına yönəlib.
Azərbaycan cəmiyyətində indiki vəziyyətlə bağlı çox ciddi narazılıq mövcuddur və hesab edirik ki, bu narazılıq nəhayət cəmiyyətin bir mübarizəsi ilə nəticələnəcək və bu mübarizə ölkədə demokratik islahatların başlanmasına təkan verəcək.
Arif Hacılı


Ölkədəki durumu şərh edən Müsavat Partiyasının nümayəndəsi Azərbaycanda əksər siyasi hüquqların tapdandığını vurğuladı. Onun sözlərinə görə cəmiyyətdə narazılıq “pik həddə” çatıb. Arif Hacılı əlavə etdi ki, Azərbaycanda siyasi dəyişikliyi təkcə müxalifət deyil, cəmiyyətin başqa təbəqələri, ziyalılar, hətta zənginlər də istəyir.

Demokratik qüvvələrin 2013-cü ilə ümidlə baxdığını söyləyən Arif Hacılı Azərbaycan cəmiyyətin demokratiya uğrunda mübarizəyə hazır olduğuna və 2013-cü ildə xalqın bu istiqamətdə konkret nailiyyətlər əldə edəcəyinə əminliyini ifadə etdi.
XS
SM
MD
LG