Accessibility links

Arif Kəskin: Qarabağ münaqişəsində status-kvo İranın maraqlarına uyğundur [Audio-Müsahibə]


Arif Kəskin

Arif Kəskin

Güneyli ekspert İranın Qarabağ siyasətinin müxtəlif cəhətlərini şərh edir

“Bu məsələ Güney Azərbaycan gözündə Azərbaycanı bir cazibə mərkəzi olmaqdan çıxarır. Onu zəifləşdirərək İrana daha çox möhtac edir. Azərbaycanda millətləşmə prosesinə mane olur. Onu öz torpaq bütünlüyünü qoruya bilməyən bir ölkə kimi göstərir,” deyə Arif Kəskin Qarabağ münaqişəsinin İran İslam Respublikası üçün hansı anlama gəldiyini şərh edir.

Amerikanın Səsinə söhbətdə İranın Qarabağ münaqişəsinə dair siyasətini şərh edən Yaxın Şərq və İran məsələləri üzrə ekspert Qarabağ məsələsinin Güney Azərbaycan Milli Hərəkatındakı yeri və önəmini dəyərləndirir. O, bu məsələnin İslam Respublikası üçün İran Azərbaycanı, Azərbaycan Respublikası, Qafqaz, Rusiya, Türkiyə, Türk Dünyası və Orta Asiya ilə bağlı siyasəti, eləcə də dünya siyasəti çərçivəsi içərisində bir çox hədəflərini təmin edə biləcək bir ünsür olaraq gördüyünü ifadə edir.

Kəskin İranda Qarabağ məsələsinə dair fərqli mövqelərin səsləndirilməsinə baxmayaraq dövlətin bəlli və tək mövqedən çıxış etdiyini vurğulayır:

Bu gün Güney Azərbaycan Milli Hərəkatı varsa, bunun həm ortaya çıxışında, həm kütləviləşməsində həm də bu günki söyləm və diskursunda Qarabağ ayrılmaz bir ünsürdür.”

“Fərqli səsləri çox ciddiyə almamaq lazimdir, çünki, bizim qarşımızda uzun illər var. Uzun illər içərisində biz İranın Qarabağ məsələsinə necə baxdığını görmüşük. Fərqli görüşlər ola bilər. Hakimiyyət içərisində bir çox məsələyə fərqli görüşlər var. Bu gün, məsələn, Amerika ya Avropa ilə əlaqədar, hətta Rusiyaya yönəlik fərqli görüşlər var. Amma, İran hakimiyyətinin bu görüşlərə rəğmən bütün bu məsələlərdə tək bir siyasəti vardır. Qarabağ mövzusunda da eyni şəkildədir.”

Onun sözlərinə görə, “İranın Qarabağ baxışını bəlli bir çərçivədə tanımlamaq mümkündür. İran rəsmi söyləmdə Qarabağı Azərbaycanın tarixi bir parçası olaraq görür. Ancaq, bununla ziddiyət təşkil edəcək fərqli siyasət yürüdür":

Birincisi, İrana görə Qarabağ hadisəsi Qarabağ içərisində olan ermənilərin Azərbaycandan ayrılma hadisəsidir, bir ayrılıqçı hərəkatdır. Bunu Azərbaycan və Ermənistan arasında deyil Azərbaycan dövləti ilə Qarabağ içərindəki ermənilər arasında görərək tərifləmək istəyir...

İkincisi, İran özünü İslam və şiə dünyasının lideri olaraq göstərir. Ancaq, Qarabağ hadisəsini dini və məzhəbi məsələdən daha çox bir etnisitə (etnik) hadisəsi olaraq görür və bu şəkildə tanımlamağa çalışır.

Qarabağ hadisəsini İranın həm öz içindəki Azərbaycan, həm Azərbaycan Respublikası ilə əlaqədar, həm də Qafqaz, Rusiya, türk dünyası, Türkiyə, Türkistan (Orta Asiya) həm də dünya siyasəti çərçivəsi içərisində bir çox hədəflərini təmin edə biləcək bir ünsür olaraq tərifləmək lazimdir.

Üçüncüsü, ən önəmlisi, söyləm və diskurs olaraq Azərbaycanla Ermənistan arasında tərəfsiz olduğunu və hər iki tərəfi dəstəkləmədiyi, ədalətdən yana olduğunu iddia edir ki, əslində bu tərəfsizlik də bir şəkildə Ermənistanı dəstəkləməkdir. Amma, əməldə İranın Ermənistanı dəstəklədiyi görünür. Nədən Ermənistanı dəstəkləyir? Qarabağ hadisəsinə İran və fars millətçiliyi üzərindən baxır və onu bu çərçivədən dəyərləndirir.”

“Bu məsələ Güney Azərbaycan gözündə Azərbaycanı bir cazibə mərkəzi, bir çəkim mərkəzi olmaqdan çıxarır. Onu zəifləşdirərək İrana daha çox möhtac edir. Azərbaycanda millətləşmə prosesinə mane olur. Onu öz torpaq bütünlüyünü qoruyanmayan bir ölkə kimi göstərməyə çalışır. Bu mənada da Qarabağ məsələsini bir şəkildə Azərbaycanı, dırnaq arasında, əhliləşdirə biləcək, düzənləyə biləcək, onun davranışlarını sınırlandıra biləcək və istədiyi yönə çəkə biləcəyi bir ünsür olaraq əlində tutmaq istəyir,” deyə Arif Kəskin Qarabağ münaqişəsinin İran İslam Respublikası üçün nə anlam ifadə etdiyini şərh edir.

İran məsələləri üzrə ekspert həmçinin İslam Respublikasının Qarabağ siyasətinin regional və beynəlxalq aspektlərini dəyərləndirir:

“İran Türkiyənin Qafqazdakı nüfuz sahələrini daraltmaq istəyir. 90-larda çox dartışılan bir məsələ var idi, İran və Rusiyanın ortaq qayğısı Türk Cəbhəsi tərif edərdilər o zaman. İran Qarabağ hadisəsi üzərindən o türk cəbhəsinin daha daralmasını, bölünməsini və zəiflədilməsini istəyir. Bu məsələdən istifadə edərək Ermənistanı da özünə bağlayır. Ermənistanı İrana həyati dərəcədə ehtiyacı olan bir ölkə nöqtəsinə gətirir və Ermənistan üzərindən həm regional həm də qlobal anlamda başqa amaclarını güdür. Görürük ki, İran Ermənistanın Qərbə çox yaxınlaşmasını istəmir. Rusiyanın nüfuz alanında qalmasını istəyir. Həm də Qərbə bir mesaj verir. Amerika və Avropadakı erməni diasporunu özünə yaxın tutmaq istəyir. Dünyaya İranın radikal olmadığı sadəcə radikal gücləri dəstəkləmədiyi anlamında bir mesaj vermək istəyir. Amerikalılar və Avropalılar da bunu görür. Hər zaman deyirlər, biz İranın Yaxın Şərqdə siyasətindən narahatıq, amma İranın Qafqaz siyasəti daha doğrudur. Burada qəsdləri İranın Ermənistanla yaxşı münasibətidir.”

Qarabağ hadisəsinin bu şəkildə çözülməmiş qalması İranın bölgəsəl çıxarlarına uyğundur. Amma, bunun müharibəyə dönüşməsini istəmir.

Kəskin deyir ki, “Qarabağ hadisəsini İranın həm öz içindəki Azərbaycan, həm Azərbaycan Respublikası ilə əlaqədar, həm də Qafqaz, Rusiya, türk dünyası, Türkiyə, Türkistan (Orta Asiya) həm də dünya siyasəti çərçivəsi içərisində bir çox hədəflərini təmin edə biləcək bir ünsür olaraq tərifləmək lazimdir.”

Wikileaks saytında nəşr edilmiş sənədlərdə Ermənistanın sabiq təhlükəsizlik naziri və Ermənistan prezidentinin təhlükəsizlik müşaviri David Şahnazariyana istinadən yazır ki, “İran ölkənin şimal-qərbindəki türklər məsələsinə dair bağlı təhlükəsizlik qayğısı üzündən Azərbaycan Respublikasının çözülməmiş Dağlıq Qarabağ məsələsinə fokuslanıb məşğul olmasını istəyir.”

Şahnazariyanın təhlilinin doğru olduğunu vurğulayan Arif Kəskinin dediklərinə görə, İran Qarabağ məsələsinin həll edilməsini istəməməklə bərabər onun bir müharibəyə çevrilməsini də istəmir:

“Qarabağ hadisəsinin bu şəkildə çözülməmiş qalması İranın bölgəsəl çıxarlarına uyğundur. Amma, bunun müharibəyə dönüşməsini istəmir. Çünki, bu çeşidli çərçivələrdə İrana zərər verər. Birincisi, qonşusunda olan bir hadisədir. Hər hansı şəkildə bir qaçqın axını ola bilər. Amma, önəmli bir amil var ki, Qarabağ məsələsinin müharibəyə dönüşməsi ən çox Güney Azərbaycandakı türkləri etkiləyir. Bunu İran çox açıq şəkildə görüb.”

XS
SM
MD
LG