Accessibility links

Arif Məmmədov: Məqsədimiz Azərbaycanda demokratik cəmiyyətin qurulmasıdır


Arif Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:08:40 0:00

Sentyabrın 11-də Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin “Azərbaycan naminə demokratiya” adlı yeni təşkilatının təsis iclası keçirilib. Təşkilatın həmsədri, keçmiş diplomat Arif Məmmədov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə təşkilatın yaradılmasının əsas məqsədləri və vəzifələrindən danışıb.

Sentyabrın 11-də Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin “Azərbaycan naminə demokratiya” adlı yeni təşkilatının təsis iclası keçirilib. Təşkilatın həmsədri, keçmiş diplomat Arif Məmmədov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə təşkilatın yaradılmasının əsas məqsədləri və vəzifələrindən danışıb.

“Təşkilatın əsas məqsədi Azərbaycanda tam demokratik cəmiyyətin qurulmasıdır və demokratik dünyanın qurulduğu əsaslar, yəni insan hüquqları, demokratiya və qanunun aliliyini təmin etmək üçün belə bir təşkilat yaratmışıq. Təşkilatın təsisçiləri Avropada tanınmış keçmiş məmurlar, diplomatlardır, sıralarımızda hərbçilər, müxtəlif dövrlərdə Azərbaycanda sosial şəbəkələrdə tanınmış simalar birləşib. Ən önəmlisi isə odur ki, bu təsisçi iclasa Milli Şuranın sədri, hörmətli professor Cəmil bəy qoşulmuşdu. Eyni zamanda, Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu da qoşulmuşdu. Bilirsiniz ki, Tofiq bəy həm də Milli Şuranın koordinasiya mərkəzinin üzvlərindən biridir. Bu onu göstərir ki, bizim təşkilatın məqsədi bütün siyasi qüvvələrlə, bütün müxalifət qüvvələri ilə sıx əməkdaşlıqda işləməkdir və heç bir fərq etməyərək məqsəd birdir: Azərbaycanda tam demokratik cəmiyyətin bərqərar olmasına nail olmaq.”

Arif Məmmədov təsis iclası Strasburqda keçirilən təşkilatla Avropa Şurası arasında əməkdaşlıq yaradılması səylərindən danışıb. “Bizim təsis iclasından sonra Strasburqda çox saylı görüşlərimiz keçirilib. Həm həbsdə olan tanınmış simaların məsələsini müzakirə etmişdik, Bilirsiniz ki, Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə qərarlar verib, baş katib bununla bağlı bəyanatlar verib. Avropa Məhkəməsi birmənalı olaraq Azərbaycan hakimiyyətindən İlqar Məmmədovun azad edilməsini tələb etmişdi. Eyni zamanda, referendum ərəfəsində Venesiya Komissiyasının rəy bildirmək məsələsini də müzakirə etmişik vox güman ki, Venesiya Komissiyası bu yaxınlarda öz ilkin rəyini bildirərək.”

Arif Məmmədovun yeni yaranmış təşkilatın Avropa qurumları tərəfindən müsbət qarşılandığını bildirib. “Biz Azərbaycan reallıqlarını Qərb institutlarına, mediasına çatdırmağa çalışacağıq. Məqsədimiz birdir: ölkəmizi normal tanıtmaq. Biz istəmirik ki, Azərbaycan kürü diplomatiyası ilə tanınsın, Azərbaycan korrupsiya ilə tanınsın, insan hüquqları pozuntuları ilə tanınsın. Biz istəyirik ki, Azərbaycanı dünyada demokraitk ölkə kimi tanısınlar. Bu kürü diplomatiyası aparılan bir görürük ki, Azərbaycan hökumətinin ən çox resurslar istifadə etdiyi Avropa Şurasında belə mövqelər dəyişir. Biz görürük ki, Parlament Assambleyası əslində Venesiya Komissiyasına müraciət edib ki, öz rəyini bildirsin. Bizim əsas məqsədimiz bu məsələləri həll etmək və xalqımıza, millətimizə Qərbdə olaraq əlimizdən gələni etməkdir. ”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG